İş adamlarının işlərinə “ beton vuran” Alay komandiri

İş adamlarının işlərinə “ beton vuran” Alay komandiri Bu iddiaVətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir. Məlumatda o da iddia edilir ki, BŞDYPİ-nin alay komandiri (10 AP 400) Rəşadət Babayevin xüsusi və çox adamın bilmədiyi biznesi var. Belə ki, Rəşadət Babayev özünə bir neçə növdə beton maşınları alaraq şəhər yollarında beton daşımaqla məğuldur və onlara da heç bir YPX əməkdaşı qaşın üstə gözün var deyə bilməz. İddiaya görə,həmin beton maşınları həm "Mikser” həm də "Ponpa” (beton qarışdıran) ləqəbli beton maşınlarıdır. Onun bu beton maşınlarından ibarət şirketi ona görə yüksək sürətlə inkişaf edir və işi yağ kimi gedir ki, BŞDYPİ-nin alay komandiri Rəşadət Babayevin xüsusi göstərişi var.Bu göstəriş isə ondan ibarətdir ki, gündüz vaxtı onun beton qarışdıran maşınlarından başqa hansısa bir şirkətin və şəxsi beton qarışdıran maşın şəhərdə görülsə həmin avtomobillər cərimə meydançasına qoyulur və onun sahiblərini otaqda "oxutddurur”. Böyük iş adamları özlərinə villa və ya obyek tikənlər tikəndə əgər BŞDYPİ-nin alay komandiri Rəşadət Babayevin beton qarışdıran avtomobillərindən yararlansa onda həmin iş adamının şəxsi avtomobillərinə şəhərdə gözün üstə qaşın var deyən tapılmaz. Bu da BŞDYPİ-nin alay komandiri Rəşadət Babayevin iş adamlarına "Bonuslu” xidməti.

Daxil olan məlumatda mənbə iddia edir ki,BŞDYPİ-nin alay komandiri Rəşadət Babayevin özünün də bir neçə yerdə böyük həcimli villaları vardır ki, bu villaların paytaxtın hansı səmtində olması ilə bağlı da məlumatları redaksiyamıza göndərəcək.Bundan başqa adını açıqlamaqdan imtina edən mənbə eyni zamanda

BŞDYPİ-nin alay komandiri Rəşadət Babayevin şəhərdə "bərk gedən” qızlara necə "daydaylıq” etməsi haqqında və bu avtomobillərin dövlət nömrə nişanları haqqında da məlumat göndərəcək.

Redaksiyadan: Bir daha bəyan edirik ki, bu məlumatda iddia edilənlər redaksiyamızın elektron ünvanına göndərilən məlumatda vurğulanır.Məluamtla bağlı Rəşadət Babayevin də mövqeini dərc etməyə hazırıq.

İnformasiya şöbəsi


Vətəninfo.az
Tarix: 7-01-2017, 21:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}