Keçmiş icra başçısının qızı Ali Məhkəməyə müraciət etdi

Keçmiş icra başçısının qızı Ali Məhkəməyə müraciət etdi Dələduqluqda təqsirləndirilən Nigar Abdullayeva barəsindəki hökmdən kassasiya şikayəti verib.

Virtualaz.org saytının xəbərinə görə, kassasiya şikayətinə sabah Ali Məhkəmədə Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Salyan rayonunun keçmiş icra başçısı Seyran Seyranovun qızı, 35 yaşlı N.Abdullayeva 2014-cü ilin sentyabr ayına kimi İqtisadi İnkişaf Nazirliyinin (hazırda İqtisadiyyat Nazirliyi) Protokol şöbəsinin rəisi olub. O, 500 min manat pulu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. N.Abdullayeva turizm agentliyi qurmaq adı ilə 19 nəfərdən külli miqdarda pul alıb və qaytarmayıb.

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunan N.Abdullayeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Tarix: 28-11-2017, 22:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}