MTN-in daha bir “bomba”sı Avropa Məhkəməsində

MTN-in daha bir “bomba”sı Avropa Məhkəməsində “Səid Dadaşbəylinin işi” üzrə məhkəmə olacaq

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qanunsuzluğu ilə yaddaşlarda qalan işlərindən biri də Səid Dadaşbəyli və digərlərinin işidir. Səid Dadaşbəyli və digər şəxslər tutularaq dəstə halına gətirilən günlərdə mətbuatda bu haqda yazılar dərc olunurdu. Sonradan iş materialları Azərbaycan məhkəmələrində instansiyaları keçdiyi günlərdə də mətbuatın diqqətində idi. İşlə yaxından tanış olan hər kəsdə əminlik yaranırdı ki, ittihamlar saxta və qondarmadır. Lakin hər kəs bir kənarda qalmışdı, Eldar Mahmudov və komandası “Səid Dadaşbəylinin işi” deyib sinələrinə döyür, böyük bir cinayətkar dəstənin ifşasından dəm vururdular. Hər kəs bilirdi ki, bu, sadəcə, görüntü xatirinə baş tutan əməliyyat olub. Eldar Mahmudov gənc, savadlı, bir neçə dil bilən Azərbaycan vətəndaşlarını bir yerə topladıb həbs etdirmiş və sonradan da məhkəmələrdə Ənvər Seyidov kimi hakimlərə məktub yazmaqla işi aşırmışdı.

Artıq 11 ildir ki, Eldar Mahmudovun ambisiyalarının qurbanı olan Səid Dadaşbəyli və digərləri iş üzrə ədalətli qərar gözləməkdədirlər. Nəhayət ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 14 il azadlıqdan məhrum edilmiş Səid Dadaşbəylinin (“Səidin qrupu”) işi üzrə kommunikasiyaya başlayıb.

MTN-in daha bir “bomba”sı Avropa Məhkəməsində

Vəkil Fariz Namazlı bildirib ki, şikayət Avropa İnsan Hüquqları Konvensiyasının 6.1 və 6.3 maddələrinin pozulması ilə bağlı verilib. Hökumətə müvafiq suallar göndərilib. 2007-ci ildə Səid Dadaşbəylinin işi üzrə on nəfər uzun müddətə həbs olunub. Keçmiş Milli Təhlükəsizlik Nazirliyi onları İranın xüsusi xidməti ilə əməkdaşlıqda və konstitusiya quruluşunu devirməyə cəhddə ittiham edib. Qeyd edək ki, iş üzrə hakim Ənvər Seyidov proses başa çatdıqdan sonra bu qrupu “ifşa etdiyinə” görə MTN-ə “təşəkkür məktubu” yazıb. Lakin həbs olunanların doğmaları və hüquq müdafiəçiləri çoxsaylı pozuntuların və iş üzrə materiallarda ziddiyyətlərin olmasına diqqəti yönəldiblər. Belə ki, bu materiallarda mühakimə olunanların bir -biri ilə düşmən olan radikal dini təşkilatlarla və xüsusi xidmətlərlə əlaqələrindən danışılıb.

Əsasən iş üzrə “Hizbullah”, “Həmas”, FATH, “əl-Qaidə”, xristian qruplaşmaları, İranın, hətta İsrailin xüsusi xidmətlərinin adları çəkilib. Müdafiə tərəfinin fikrincə, bu, ittihamın uydurma olduğundan xəbər verir. Doğmalarının sözlərinə görə, gənclər dindarlar arasında keçirdikləri humanitar aksiyalara görə xüsusi xidmətin əlinə düşüblər. Hüquq müdafiəçiləri mühakimə olunanları siyasi məhbuslar kimi tanıyıblar.

E.MƏMMƏDƏLİYEV
Tarix: 29-11-2017, 08:24
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}