“5 ildir plagiat olduğu üçün Doktorluq Diplomunu ala bilməyən…”

“5 ildir plagiat olduğu üçün Doktorluq Diplomunu ala bilməyən…” AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Xatirə Quliyeva öz “Facebook” səhifəsində həmin institutun əməkdaşı Zöhrə Əliyevanı başqalarına şər atmaqda və saxtakarlıqda ittiham edib. Həmin statusu qısa ixtisarla və zəruru redaktə ilə təqdim edirik:

“İndicə həqiqətən məsum, yetim bir qız uşağı mənə bildirdi ki, Zöhrə Əliyeva ona və başqalarına deyib ki, otağımdan 2 suvenirim itib. Biri Allah yazısı olan köhnə bir meşin, biri də üzərində adı yazılmış hansısa bir yerdən aldığı sadəcə DİPLOM!
3 il birlikdə işlədiyi iki qadına atılan BÖHTANA baxın! Niyə? Çünki onları çıxarıb, başqa şöbənin əməkdaşı olan kişi xeylağı ortağı ilə tək oturaraq, institut kollektivindən xəbərsiz xaticlə bağlı konfransları və s. pünhan həll etmək istəyir!

Özünü alim kimi qələmə verən, 5 il ərzində plagiatla bağlı Dokorluq Diplomunun verilməsindən rəsmi surətdə imtina edilmiş, xaricdə özünü Fəlsəfə İnstitutunun professoru kimi təqdim edən… Zöhrə Əliyevanın, bu niyyəti üçün 2 təmiz, saf, sadə laboranta atdığı BÖHTANA BAXIN!

Direktoru gözləyirlər şikayət eləsinlər!.. Zatən onlardan biri – bacım mənim şöbəmə keçmişdi. İkincini də aldım yanıma… Zöhrə Əliyeva gen-bol, tək otursun dostu ilə! Mənim şöbə müdiri olaraq tək oturmaq hüququm olsa da, bu 2 laborantı aldım yanıma!”

“5 ildir plagiat olduğu üçün Doktorluq Diplomunu ala bilməyən…” Daha sonra Xatirə Quliyeva “başqa şöbənin əməkdaşı olan kişi xeylağı ilə tək oturmaq naminə 2 yazıq-məsum qadına böhtan atılmasının” doğru olmadığını bildirərək, “AzPolitika”da bu yaxınlarda Zöhrə Əliyevayanın qudası “Bala Heydər”lə bağlı dərc olunmuş yazının linkini paylaşaraq, yazır: “Ay millətim, bu yazıdakı saxta professor diplomlu kişinin professor kimi dəyərləndirdiyi QUDASI Zöhrə Əliyevanın saxta DİPLOMLARI itib və otağında oturan laborantlardan bilir. Özü də məhz bu yazı çap olunandan sonra itib – otağın divarlarından asdığı diplomları. Bəlkə Fransada özünü təqdim etdiyi SAXTA professor diplomu itib?! Həqiqini divara vurmurlar, yəqin! Əslinin üzünü çıxarıb yenidən vursun. Otaq-otaq gəzib “suvenirlərim, diplomlarım itib” – deyir. Ola da bilər özü çıxarıb aradan ki, qudası Bala Heydərin diplomları kimi araşdırarlar birdən…”

Bu itihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.
Tarix: 1-12-2017, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}