Eldar Mahmudovun bankı ilə nazirin qardaşı oğlunun şok “əməliyyatı” - Təfsilat

Eldar Mahmudovun bankı ilə nazirin qardaşı oğlunun şok “əməliyyatı” - Təfsilat Müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğlu Aqşin Camalovla MTN şefi Eldar Mahmudova yaxın olduğu deyilən “AG” bank arasında sensasion “əməliyyat” olub

Palitika.Az-ın verdiyi məlumata görə, E.Mahmudovun qohumu, MTN hadisələrindən sonra deputat mandatı ləğv edilən Çingiz Əsədullayevin sözügedən bankı nazirin qardaşı oğlu ilə əlbir olaraq vətəndaşı cəncələ salıblar.

Bu barədə musavat.com-a danışan Nağı Əliyev adlı şəxsin sözlərinə görə, bankla nazirin qohumu onu elə bir məngənəyə salıblar ki, heç cür çıxa bilmir.

Hadisənin təfərrüatına keçməzdən qabaq bildirək ki, sözügedən bankın adı tez-tez maliyyə fırıldaqlarında, neqativ msələlərdə keçir. Eləcə də Y.Camalov qohumları ilə gündəmdən düşmür.

Onun Şirvanın icra başçısı olan qardaşı Mərdan Camalov, eləcə də sələm işində adı hallanan qardaşı Əlikram Camalov mətbuatda artıq naziri biabır ediblər.

Bu da azmış kimi, həmin Ə.Camalovun oğlu Aqşin Camalov nazir əmisini rüsvay etməkdədir. Hərçənd ki, normal qaydada ödəniş etməyə imkanı çatırdı və məsələnin mətbuata gətirib çıxarmağa ehtiyac yox idi.

Bəzən məmur övladları elə işlərə əl atırlar ki, onu böyütmək, vətəndaşı müxtəlif orqanlara yazmağa vadar eləmək zərurəti heç lazım deyildi. Amma artıq bütün sərhədləri aşıblar.

Ona görə də az sonra tanış olacağınız bu işi də vaxtında həll etmək olardı, vətəndaşı çətinə salmağa ehtiyac qalmazdı, nazirin də adı mətbuatda hallanmazdı.

Ancaq ilk növbədə Y.Camalov qardaşı oğluna irad tutmalıdır ki, lazımsız əməlləri ucbatından adı mətbuatda xoşagəlməz məsələlərdə keçir.

N.Əliyevin başına gələnlərdə “AG” bankın da eyni dərəcədə günahı və məsuliyyəti var.

Sitat: “2015-ci ilin əvvəlində 1 neçə ay sonra bankın pulunu ödəyə bilməyəcəyimiz aydın oldu. Ona görə də oğlum Tural Əliyevə kreditlə aldığımız maşını aparıb avtosalona qoyduq.

Salonun sahibi Dəyanət Qurbanov bir gün zəng elədi, dedi ki, müştəri var, maşını satıram. Müştəri nazir Yavər Camalovun qardaşı oğlu Aqşin Camalov idi”.

Amma krediti ödəyə bilmədiyi üçün maşını salonda satışa qoyan N.Əliyevin əmlakına müştəri çıxması heç də sevindirici olmayıb.

2013-cü ildə “Azəriqazbank”dan kreditlə “BMW X6" markalı, Az 10 ZU 747 dövlət qeydiyyat nişanlı avtomobili alan N.Əliyev danışır.

“Mənimlə “AG Bank” ASC arasında 21 iyun 2013-cü il tarixdə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 63 min ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlandı. Girov təminatı kimi aldığımız “BMW X6" markalı maşın bankın xeyrinə yüklü edildi.

İpoteka predmeti olan avtomaşını bankın razılığı ilə 2015-ci ilin iyununda Dəyanət Qurbanovun vasitəsilə Aqşin Camalova satdım.

Aramızda razılaşma belə oldu ki, həmin vaxtadək ödədiyim kredit məbləğinə uyğun məbləği Aqşin Camalov mənə ödəyir. Qalan kredit borcunu banka ödəməsini üzərinə götürür”,-deyə şikayətçi bildirir.

Alqı-satqıdan 2 ay sonra bankdan N.Əliyevə zəng edib nazirin qardaşı oğlunun ödəniş etmədiyi bildirilib: “Mən avtomobilin satıldığı günə olan cədvəl üzrə borcu tam olaraq ödəmişdim.

Bank nümayəndələrinin və mənim birgə səylərimiz nəticəsində avtomobil tapılaraq saxlanıldı. Aqşin Camalov bundan sonra banka gəldi, həmin günədək olan kredit borcunu ödədi.

Ona bankda izah etdilər ki, avtomobili alıb, sahibi də odur, müvafiq olaraq kreditləri də ödəməlidir. Elə orada bankın əməkdaşları mənə sənədlər verib imza etdirdilər.

Dedilər ki, mənim banka heç bir borcum qalmır. İpoteka və kredit müqaviləsi avtomobili alan Aqşin Camalovla bağlanacaq”.

Ötən 2 il ərzində onu satdığı avtomobillə bağlı narahat edən olmayıb: “Amma 2017-ci ilin oktyabrında Nərimanov Rayon Məhkəməsindən iddia ərizəsi aldım.

İddia ilə tanış olanda başa düşdüm ki, bankla avtomobili məndən alan Aqşin Camalov saxtakarlıq ediblər. Mən 2015-ci ilin iyununda bankın razılığı və iştirakı ilə Aqşin Camalova satmışam.

Bundan sonra Aqşin Camalov bankın razılığı ilə maşının nömrə nişanını düz 3 dəfə dəyişib. Əgər bank razılıq verməsəydi, Aqşin Camalov nömrə nişanını dəyişə bilməzdi!

Deməli, bank Aqşin Camalovu maşının sahibi kimi qəbul edib və ona nömrə nişanını dəyişmək üçün 3 dəfə icazə verib. Belə bir halda Aqşin Camalovdan kredit müqaviləsi üzrə öhdəlikləri - yəni ödəniş etməsini niyə tələb etməyiblər?”

Bunun əvəzində isə mənimlə bağlanan 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə 22 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə razılıq, həmçinin maşını alan Aqşin Camalovla 28 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlayıblar. Məni isə kredit müqaviləsində borclu kimi saxlayıblar”.(Palitika.Az )
Tarix: 2-12-2017, 07:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}