Evi uçan şəhid anası kirayələrdə çətin həyat yaşayır VİDEO


On ildə bir şəhid anasının problemini həll edə bilməyən “başçı” kimdir?

Cəlilabad rayon sakini Əliyeva Şəfiqə neçə illərdir kirayələrdə yaşadığını bildirir. Onun oğlu Əliyev Aslan 2007-ci il həqiqi hərbi xidmət keçən zaman düşmən gülləsinə tuş gələrək şəhid olub. Rayonun dağlıq kəndlərindən biri Mikayıllı kəndində olan evi uçandan sonra şəhid anasının məşəqqətli günləri başlayıb. Onun bildirdiyinə görə dəfələrlə Cəlilabad rayonun İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun qəbulunda olub. Ona evlə təmin olunması barədə söz verilsə də, əməl olunmayıb. Prezident admistrasiyasına etdiyi müraciətlər də gah Cəlilabad rayon İcra hakimiyyətinə, gah da Əmək və Əhalinin sosial Müdafiə nazirliyinə göndərilib.

Fakt isə budur ki,  şəhid ailəsinin hələ də kirayələrdə acınacaqlı həyat tərzi sürür. Şəhidin dörd gənc qardaşı  iş olmadığından dolana bilmir. Əvvəllər daş karxanalarında çətin də olsa iş tapıb ailəni dollandırdıqlarını deyən gənclər indi o işi də tapa bilmədiklərini bildirib.

azadliq.info


Tarix: 19-03-2018, 21:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}