KXCP sədri Azərbaycan Xalqını təbrik etdi






KXCP sədri Mirmahmud Mirəlioğlu Novruz Bayramı münasibəti ilə Azərbaycan Xalqını təbrik edib. Təbrikdə deyilir: “Əziz həmvətənlər! Hörmətli Bacılar və Qardaşlar! Min illik törələrimizin simvolu olan Novruz Bayramınız mübarək! Xalqımızın Dünya tarixinə öz xəttiylə yazdığı Bahar Bayramının tarixindən hər kəsin az və ya çox məlumatı var. İndi tarix danışmaq yox, tarix yazmaq vaxtıdr. Tarixi torpaqlarımızda Milli bayramlarımızı keçirmək zamanıdır! Torpaqların işğaldan azad edilməsi üçün görülən işlər 25 illik hakimiyyətin saxlanmasına həsr olunanlarla müqayisədə heç nədir! Hər il, Novruzun tarixindən qadağalardan, şirin – şəkər arzulardan danışdıq. Hamımız iqtidarlı – müxalifətli bu xoş arzuları bölüşdük. - Nəticəsi bu günümüz! - Ruhunuz şad olsun, sahibsiz qəbiristanlıq sakinləri! - Bayramınız mübarək, işğal altındakı torpaqlar! - Bayramınız mübarək, Qaçqınlar! - Bayramınız mübarək, yurdsuz – yuvasızlar! - Bayramınız mübarək, didərginlər! - Bayramınız mübarək, məcburi köçkünlər! - Bayramınız mübarək, qaçqın şəhərciklərinin sakinləri! - Bayramınız mübarək, Azərbaycandan didərgin düşənlər! -Bayramınız mübarək, hakimiyyət ömrünü uzatmaqdan ötrü referendumlar keçirib, saxta seçkilərlə özünü qalib edən Azərbaycan iqtidarı! Hörmətli Bacılar ! Əziz qardaşlar! Azərbaycanın Haqq davasını aparanların qələbəsinə inanaraq, bir daha hər birinizi Novruz Bayramı münasaibəti ilə təbrik edirəm! 

Tarix: 19-03-2018, 21:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}