Gözdən Əlillər Cəmiyyətinin sədri məhkəmədə özünü təqsirli bilməyib


Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə bir neçə zərərçəkmiş şəxs ifadə verib. Onlar ifadələrində dəymiş ziyanın ödənilməsini və pulların maklerlərə verildiyini bildiriblər.

Prosesdə təqsirləndirilən Səmyar Abdullayev bildirib ki, pullar hazırda Almaniyada yaşayan Məzahir Nəsibova çatıb və özünün bu işlə heç bir əlaqəsi yoxudur: "Bunu məhkəmədə ifadə verən zərərçəkmiş şəxslər də təsdiq edir. İndiyədək 40-a yaxın şəxs ifadə verib və pulların Məzahirə çatdığını bildiriblər. Heç kim mənə pul verildiyini təsdiq edə bilməz. Bu baxımdan mən özümü təqsirli bilmirəm".

Tarix: 19-03-2018, 23:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}