Cəsur xalqımızın qadın paltarı geyinmək kimi adəti yoxdur!

                    
Mədəni irsimizi, milli-mənəvi dəyərlərimizi, zəngin folklorumuzu və adətlərimizi özündə yaşadan Novruz bayramı həm Bakıda, həm də bölgələrdə geniş şəkildə qeyd edilir.                                                                                                           Azərbaycanın mədəniyyətinə, mentalitetinə, millətimizin adət-ənənələrinə, mənəviyyatına zidd, əxlaqdan kənar davranışların "qədim adət" adı altında təqdim edilməsi, cinsi azğınlığın reklam edilməsi yolverilməzdir və bunun qarşısı qəti surətdə alınmalıdır. Bizim xalqımız həmişə qəhramanlığı, şücaəti, cəsarəti ilə tanınmışdır. İnsanlarımızın qeyrəti, əxlaqı hər kəsə örnək olmuşdur. Qadın paltarı geyinib, homoseksual təqlidlər edərək küçələri gəzmək və ya sevgilisi ilə homoseksual geyimində görüşməyə çalışmaq heç bir zaman Azərbaycan xalqının mədəniyəti, tarixi ola bilməz! Azərbaycan qadını öz sevdiyinə vətəni qorumaqda dəstək olur, öz övladlarını kişi kimi, igid, qəhrəman kimi yetişdirir. Bizim dastanlarımızda igidlər ad qazanmaq üçün qəhramanlıq göstərirdilər.
Xalqımızın gəncləri Novruzda at belində cəsarət nümayiş etdirən yarışlar edir, pəhləvanlar öz güclərini göstərirlər. Xalqımızın hər zaman bu bayramda həm əylənmiş, həm də öz cəsarət, güc və igidliyini nümayiş etdirərək düşmənin canına qorxu salmışlar. Düşmənlərimizə qadın paltarı geyinib, homoseksual hərəkətləri edən kişilər göstərmək və bunu guya adətimiz imiş kimi nümayiş etdirmək çox böyük yanlışdır və cəmiyyətimizin heç bir fərdinin əsla qəbul etməyəcəyi qəbahətdir. Vətənini, xalqını sevən hər Azərbaycan övladı bu cür əxlaqsızlığın adımıza ləkə gətirməsinə əsla izin verməz. Bunun kimi yanlışların baş verməməsi üçün dövlət səviyəsində tədbir görülməlidir. 
Cavad Heybəyzadə
Tarix: 21-03-2018, 10:05
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}