Erməni killeri həm Qulinin, həm də Lənkaranskinin adamlarını axtarır


Erməni killeri həm Qulinin, həm də Lənkaranskinin adamlarını axtarır


Dato Pankiskini öldürən, Ayko Karabaxskini isə əlil edən erməni qanuni oğru Andranik Saqoyanın
Şakro Malodoyun taxt –tacına bir nömrəli namizəd Lotu Qulinin aradan götürülməsi üçün sifariş ala biləcəyini ötən yazımızda söyləmişduk.



Sfera.azxəbər verir ki, Zap Leninokanskiy ləqəbilə tanınan Saqoyan daha çox killerlik edir. Ancaq onun Ermənistan rəhbərliyi tərəfindən himayə edilməsi faktı üzə çıxıb.

Əslində hakimiyyət nümayəndələri ilə əlaqə oğru üçün qəbuledilməzdir. Ancaq Zap Ermənistan Daxili İşlər Nazirliyi ilə əməkdaşlığa gedib.
Əvəzində hökumət onu Çexiyaya təhvil verməyib. Çexiyada Saqoyan etdiyi cinayətlərə görə 22 il həbs cəzası alıb. Ora göndərilsə uzun müddətə barmaqlıqlar arasından çıxmayacaqdı.


"Suka”lığına görə Zap ötən il 6 erməni qanuni oğru tərəfindən döyüldü. Onunla birgə "vor zakon”lar Saqoyanın əlaltısı Suriki və bacısı oğlunu da çırpdılar.


Bundan sonra Saqoyanı qoruyan hökumət həmin oğruları ölkədən deportasiya etdi.


Dato Pankisski öldürüldükdən sonra onun Türkiyədə düşməni çoxaldı. Dato mərhum Rövşən Lənkaranskinin dostu olan Merab Canqvelidzenin qruplaşmasından idi. Suxumililər bu qətli ona bağışlamayacaq.


Diğər tərəfdən Saqoyan Şakronun adamı sayılır deyə Lotu Quli də onu sağ buraxmaq istəməyəcək.


İlqar Atabəyli
Tarix: 22-03-2018, 09:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}