Siyasi mühacir Tural Sadıqlı: “Mən söyüşün əleyhinəyəm” (Fotolar, video)


Almaniyada yaşayan Tural Sadıqlı bəzi mühacirlərin söyüşlə mübarizə yolu seçməsinə münasibət bildirdi


Son günlər Avropada mühacirət həyatı yaşayan bir qrup azərbaycanlının hakimiyyətə, prezidentə, birinci lediyə, vəzifəli məmurlara qarşı mübarizə vasitəsi olaraq ağır söyüş və təhqirlərdən istifadə etməsi ciddi müzakirə yaradıb. Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov buna etiraz edib, ardınca bir çox siyasətçilər, ziyalı və qələm adamları bu mövzuda mövqe bildiriblər.

Musavat.com-un əməkdaşı Almaniyada yaşayan, “Azad söz” səhifəsinin rəhbəri Tural Sadıqlı ilə Facebook üzərindən canlı yayım söhbəti edib. Söhbət zamanı bəzi mühacirlərin apardığı söyüşlə, təhqirlə dolu mübarizə üsulu və buna verilən cavablar ətrafında müzakirə aparılıb. T.Sadıqlı birmənalı qaydada söyüşə qarşı olduğunu, bu günə qədər heç kimin ünvanına söyüş söymədiyini bildirib, amma bu üsuldan istifadə edənlərin arqumentləri olduğunu vurğulayıb. T.Sadıqlı müsahibəsində müxalifətin fəaliyyəti, keçirdiyi aksiyalar barədə də öz mövqeyini açıqlayıb.
Müsahibənin tam versiyasını aşağıdakı videodan izləyə bilərsiz.

 

Sevinc TELMANQIZI,

musavat.com

 


Tarix: 29-03-2018, 08:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}