Heydər Əsədov kənd təsərrüfatının pullarını Londona daşıyıb FOTO VİDEO


Bu yaxınlarda Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edilmiş Heydər Əsədovun Londonda atasının hesabına dəbdəbəli həyat yaşayan oğlu ilə bağlı “unikal.org” saytı material dərc edib.

Sayt yazır ki, eks nazirin oğlu Asif Əsədzadə atasının Azərbaycan dövlətindən yayındırdığı pullar hesabına Londonda çoxlu mülklərə, ərəb şeyxlərinin sürə biləcəyi ən bahalı avtomobillərə sahibdir. Hətta xarici KİV-lər Əsədovun oğlunun ərəb şeyxlərilə rəqabətə girdiyini də dilə gətirirlər. Ötən il xarici mətbuatın gündəmini zəbt edən Asif Əsədzadə Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobili ilə Böyük Britaniyanın paytaxtında hərəkət edən maşınının videogörüntüləri artıq internetdə geniş yayılıb.

Görüntülərdən aydın olur ki, 90 HO 505 dövlət nömrə nişanlı “Porsche”nin dayandığı küçədə kifayət qədər bahalı maşınlar da var.

Qeyd edək ki, ümumilikdə London hər zaman dünya, eləcə də azərbaycanlı milyonerlər üçün sevimli məkan olub.

 (Unikal.org)
Tarix: 27-04-2018, 20:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}