Azərbayanlı milyonçunun qardaşının məhkəməsi başlayır: özünü də axtarırlar


Rusiyanın Moskva vilayət məhkəməsində azərbaycanlı milyonçu Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun məhkəməsi başlayır. 

Musavat.com-un Rusiya KİV-ə istinadən məlumatına görə, dünən məhkəmənin hazırlıq iclası keçirilib. Rafiq İsmayılov iki nəfərin qətlində şühəli bilinir.

İttihama görə, o, 2016-cı ilin mayında “Lyublino –Motors” təsisçiləri Vladimir Savkin və Yuri Brilevin qətlini sifariş verib. İsmayılovla birgə hadisəni törətməkdə ittiham olunan Mehman Kərimov da məhkəmə qarşısına çıxacaq.

Telman İsmayılovun özü isə bu məsələyə görə, İnterpol xətti ilə axtarışdadır.

Tarix: 30-05-2018, 11:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}