Azərbaycanda nazir və məmur övladlarının toy məclisləri - FOTOSESSİYA

  Son illər medianın diqqət mərkəzində olan mövzulardan biri də nazir və məmurların övladları üçün keçirdikləri dəbdəbəli toylardır.
 
Siam.az  Sfera.az-a istinadən  son bir neçə ildə ailə quran məmur övladlarının toy məcisləri haqda maraqlı məlumatları sizə təqdim edir:                       

Ötən il Şəmkirdə baş tutan toy məclisi böyük rezonansa səbəb olmuşdu. Adı açıqlanmayan məmur övladına dəbdəbəli toy edərək Azərbaycan və Türkiyənin bir çox tanınmış müğənnilərini dəvət etmişdi. Toyda iştirak edənlər sırasında türkiyəli müğənni Kibariyə, Azərbaycanın xalq artisti Brilyant Dadaşova və Rusiyanın "Kabriolet" qrupu da olub. Toyun aparıcısı isə Murad Arif olub.
 

Ötən ilin sentyabrında isə Səhiyyə naziri Oqtay Şirəliyevin oğlunun toyu oldu. Məslisin aparıcısı, teleaparıcı Kamilə Babayeva idi. Toyda Elton Hüseynəliyev, Ədalət Şükürov və başqa müğənnilər ifa ediblər.
 

Ötən ilin yanvarında reallaşan Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürovanın 400 minlik toyu isə ölkədə ən çox müzakirələrə səbəb olan məclislər sırasındadır. Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oqtayın toyunun 400 min dollara ərsəyə gəldiyi ilə bağlı iddialar həftələrlə gündəmdən düşmədi. Məmurun qızına mahnı yazan müğənniyə ərsəyə gətirdiyi işə görə 2 min manat qonorar verdiyi deyildi. Məlumata görə, toyda iştirakına görə Asif Məhərrəmova 10 min manat verilib. Müğənni toya dəvəti haqda mediaya açıqlamasında öncədən bu mərasimin sadə olacağını düşündüyünü deyib:
 
"Mən adi toylara getdiyim kimi, bu toyda da iştirakıma görə həmin qonorarı almışam. Toyda iştirak etməyimi isə Oqtay özü istəyib. Aysel mənim dinləyicim olub. Mənə zəng edərək toyunda iştirak etməyimi istədi. Danışıb-razılaşdıq, beh verdi. Toya gedənə qədər məmur toyuna getdiyimi bilmirdim. Bir müddət keçdikdən sonra oğlan zəng elədi və onlar üçün mahnı yazmağımı istədi. Mahnının sözlərinin əksəriyyəti Oqtayın fikirləridir. O fikirlər və sözlər əsasında mahnını yazdım və toylarında bəydən gəlinə hədiyyə ifa olaraq təqdim etdim. Mahnı yazmağıma görə 2 min manat pul almışam".

Bal ayını Maldiv adalarında keçirən cütlüyün toyunun baş tutduğu şadlıq sarayında bir nəfərlik menyunun minimal qiyməti 220 AZN olub.
Söz-söhbətlər səngiməmiş məlum oldu ki, Qüdrət Şükürov kürəkəni Oqtay Əmircanova "Porche" markalı avtomobil də hədiyyə edib. 
 
 

Sentyabrın 24-də sabiq Milli təhlükəsizlik naziri Eldar Mahmudovun qızının toyu olub. Sabiq nazir kiçik qızı Nərgiz Mahmudovaya dəbdəbəli toy mərasimi təşkil edib. Qeyd edək ki, sabiq nazirin qızı Rasim Əliyevlə ailə həyatı qurub. Toy mərasimi "Buta Palace”da baş tutub.
 


1 noyabr, 2016-cı ildə isə məşhur rus milyonçusu və Cənubi-Ural sənaye şirkətinin rəhbəri Rəşid Sərdarovun qızı Viktoriya ilə iş adamı, Hollivud ulduzlarını kadra alan fotoqraf Pavel Antonovun oğlu Anton ailə həyatı qurub. 


Xalq rəssamı Hüseyn Əliyevin nəvəsi, Lider TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyevin oğlu Ayxan Leyla adlı xanımla ailə həyatı qurub. Mərasimdə Azərbaycanın bir çox dövlət məmurları və populyar müğənnilər iştirak ediblər.
 

2015-ci ilin 10 oktyabrında Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin yeganə qızı Suad Qarayeva ilə İran əsilli iş adamı Şəhriyarın toy məclisi baş tutub. Toyda ifa edən müğənnilərin adı isə mediaya açıqlanmayıb. 
 

General-leytenant Rəfail Mirzəyevin oğlu Rəşad Mirzəyev tanınmış iş adamı Bəylər Məmmədovun qızı ilə ailə həyatı qurub. Onların toy məclisi isə Qəbələdə baş tutub. Toy məclisi məşhur hotellərin birində keçirilib. 
 

"Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun qardaşı, şirkətin Bakı ofisi və "PAL süd”ün rəhbəri Mais Mənsimovun qızı "Sönmezler Metal” şirkətinin rəhbəri Loğman Zülfüqarlının oğlu Şahinlə ailə həyatı qurub. Toy məclisi Türkiyədə Çırağan sarayında baş tutub. 
 


Tarix: 31-05-2018, 04:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}