Qonşudan şikayət etdi, polis döydü VİDEO


Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan Xocalı sakini Mahmudov Vüqar üzləşdiyi problemin ictimailəşdirilməsi üçün redaksiyamıza üz tutub. Azyaşlı uşaqları ilə Bakıya gəlməsinin səbəbi səsinin aidiyyatı qurumlara çatdırılmasıdır. Onun bildirdiyinə görə qonşusu ilə münaqişə yarandığı  üçün  polisə müraciət edib. Bundan sonra  onun problemləri daha da artıb. Münaqişədə olduğu qonşusu polis rəisinin qohumu olduğuna görə şikayəti araşdırılmaq əvəzinə ona təzyiqlər olunduğunu bildiib. Mahmudov Vüqarın iddiasına görə Xocalı rayon Polis Şöbəsini rəis müavini Şahid Muradov onu söyüb,  təhqir edib. Sahə müvəkkili Elxan Cəfərov isə ona fiziki zor tətbiq edib. Əvvəllər avtomobil qəzası nəticəsində aldığı xəsarətlər həmin döyülmədən sonra yenidən kəskinləşib. “Mən Xocalıdan qaçqın düşüb Ağcakənddə məşkunlaşmışam. Bəs burdan hara gedim? Uşaqlarımı hara aparım? Biz  bu ölkənin vətəndaşıyıq. Başqa ölkəyə gedək?”, -deyə şikayətçi bildirib.

Məsələ ilə bağlı bütün aidiyyatı  hüquq mühafizə orqanlarına, eləcə də, Xocalı Rayon İcra hakimiyyətinə müraciət etsə də, Mahmudovun Vüqar şikayətlərinə heç bir reaksiya olmadğını  bildirib.

Son zamanlar  Daxil İşlər Nazirliyinin  mətbuat xidmətnə müraciətlərimiz cavabsız qalır. Qeyri-rəsmi cavabla lazım bilinsə mövqe bildirəcəkləri qeyd edilir. Ona görə də yazıda adı çəkilən şəxslərin və eləcə də, Daxili İşlər orqanlarnın mövqe bildirmək hüququ saxlaılır.

Siam.az

Tarix: 6-06-2018, 09:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}