"Şikayət edin...”- Gənc qızın şikayətçi olduğu klinikanın sahibi açıqlama verməkdən imtina etdi...







Dünən saytımızda “Medholding” Diş Klinikasının sahibi və həkimi Cavid Qurbanov tərəfindən dişlərinin bərbad hala salındığını deyən Bakı şəhər sakini Günel Axundovanın şikayətini işıqlandırmışdıq. Həmin yazını bu linkə tıklamaqla oxuya bilərsiniz:

Günel Axundova artıq məsələylə bağlı Azad İstehlakçılar Birliyinə də müraciət edib. 

Moderator.az -ın əməkdaşı məsələylə bağlı həkim Cavid Qurbanovdan ittihamlara cavab verməsi üçün mövqeyini öyrənməyə çalışıb. Həkim əməkdaşımıza bildirib ki, məsələylə bağlı vəkilimlə danışın. Həkimin vəkili telefon zənglərinə cavab verməyib. Sonra əməkdaşımız yenidən C.Qurbanovla əlaqə saxlayaraq vəkilin telefon sənglərinə cavab vermədiyini və məsələyə özünün münasibət bildirməsini xahiş edib. Həkimin isə cavabı belə olub:

“Məsələdən xəbərim var. Vəkilimin ola bilsin işi var, ona görə danışa bilmir. Mən iş başındayam, danışa bilmərəm. Siz hüquq-mühafizə orqanlarına müraciət edin”. 

Vasif Əlihüseyn
Tarix: 7-06-2018, 15:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}