İcra başçısı sahibkarın 100 min pulunu alıb, qaytarmır? – Azərbaycanda şok


İcra başçısı sahibkarın 100 min pulunu alıb, qaytarmır? – Azərbaycanda şok
Azərbaycanda vəzifənin varlanmaq, geniş imtiyaz sahibi olmaq kimi özəlliklərini bilirdik. Amma görünən odur ki, vəzifə həm də kimlərəsə pul atandan sonra gizlənmək üçün əvəzedilməz məkan imiş. Hər halda indi oxuyacağınız məlumat bu haqdadır.

Savash.org xatırladır ki, bu günlərdə Cəlilabadın keçmiş, Yasamal rayonunun isə indiki icra başçısı Əziz Əzizovla bağlı ölkə mətbuatında sensasiyalı məlumat dərc olunub. Belə ki, dia.az saytı icra başçısının sahibkardan 100 min manat alaraq qaytarmaması və ondan gizlənməsi haqda yazıb.

Sayta söylənilənlər: "Əziz Əzizov hələ Cəlilabadda olarkən rayonda quruculuq adı altında məndən 100 minə yaxxın pul alıb. Hissə-hissə alınan pulları qaytaracağını vəd etsə də, sonradan Yasamal rayonuna başçı təyin olundu və pulum da batdı. İndi neçə dəfə görüşmək istəmişəmsə də, pulu Cəlilabadda verdiyim adamlar buna əngəl olurlar. Hamısı da Əziz Əzizovun adamıdır. Adımı açıqlamasam da, o, məni yaxşı tanıyır. Heç nə istəmirəm. Pulumun heç olmasa, yarısını qaytarsın".

İddia olunanlarla bağlı Əziz Əzizovun da mövqeyini öyrənməyə çalışsaq da, başçı telefon zənglərimizə cavab vermədi. Hətta mesajlarımıza da reaksiya vermir, amma buna rəğmən yenə də Yasamal rəhbərinin mövqeyini də işıqlandırmağa hazırıq... 
Tarix: 9-06-2018, 14:22
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}