Onların fəryadına niyə laqeyd olduq : İndiyə qədər heç kim bu ailə ilə maraqlanmayıb.

 Ağdamdan məcburi köçkün olaraq Bərdədə məskunlaşan Ramil Qasımovların  iztirablı həyatı davam etməkdədir . Həyat yoldaşı Xavər xanımın xəstəliyi günü-gündən ağırlaşır. Onun müalicəsini aparmağa  ailənin maddi imkanı yol vermədiyinə görə çarəni prezidentə və Səhiyyə nazirinə müraciət etməkdə görsələrdə müsbət heç nə əldə edə bilməyiblər. Ölkə başçısına ümidini bağlayan Xavər Məmmədova çətin xəstəliklə mübarizədə Prezidentin və onun xanımından yardım gözləyir.

Xavər Qasımovanın xəstəliyi, ailənin sosial durumu, kirayədə yaşaması, bir sözlə düçar olduqları ağır vəziyyət barədə “Sputnik Azərbaycan” və digər saytlarda məlumatlar yer alsada bu günə qədər onların taleyinə diqqət ayıran olmayıb. Sosial yardım , ya xəstə Xavər Qasımovaya  tibbi yardımla bağlı hər hansı müstəvidə maraqlanan belə  yoxdur.

Ötən günlər ərzində Qasımovlar ailəsinin sosial durumu üstəlik bir az da ağırlaşıb. Kirayədə qaldıqları mülkün  sahibi evi satmaq qərarına gəlib. İndi Qasımovlar ailəsinin durum daha da ağırlaşıb. Hər ay 100 manat verib yaşadıqları bu evdən ucuzunu tapa biləcəklərinə inanmırlar. Olan evlər 200 manatdan başladığına görə onların buna uyğun pulları yoxdur.

Ağdamlı məcburi köçkün Ramil Qasımov   bildirib ki, qaçqın və məcburi köçkünlər üçün prezidentin verdiyi imtiyazlardan yararlana bilmirlər.” neçə illərdi kirayədə yaşayırıq. Mənzil şəraiti ilə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bərdə nümayəndəliyinə, Bərdə rayon İcra hakimiyyətinə yaşayış yeri ilə təmin olunmaq üçün müraciət etsək də müsbət cavab ala bilmədik. Hər dəfə gözləyin , düzələcək deyirlər. Neçə illərdi bu çətinliklərlə başlı- başına buraxılmışıq. Həyat yoldaşım ağır xəstə, uşaqlarım körpə, bilmirəm onların ehtiyyaclarını necə ödəyim. Üstəlik də kirayələrdə həyatla çarpışmaq mənim üçün çox çətin olur. Heç kimin rəhmi gəlmir bizə. Əlaqədar təşkilatların hamısı susur. Müraciətlərimizə cavab vermirlər. Belə desək, qolumuzdan tutub qaldıranımız yoxdur. Nə sosial yardımın ayrılmasında , nə xəstə yoldaşım Xavər Qasımovanın müəlicəsində, nə də sığınmağa bir yerin ayrılmasında bizə köməklik göstərən  yoxdur. Hazlrda yaşadığım evə görə 100 manat çətinliklə də olsa tapıb bir təhər verirdim. Bu qiymətə isə indi ev tapa bilmirəm. Hərdən çıxış yolu tapa bilmədiyimdən lap bezirəm. İntihar eləmək,özümü asmaq istəyirəm”

Gənc ailənin  yeganə ümid yeri prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyevadı. Bu inamın ifadəsi olaraq prezidentə video müraciətdə ünvanlayıb. Balaca Hüseynlə Zəhra da ölkə başçısına mürəaciət edərək deyir : ” Prezidentimizdən xahiş edirik anamızın müalicəsində, ailəmizin evlə təmin olunmasında  bizə köməklik  etsin. Bizim yeganə ümüdümüz prezidentimiz və onun xanımı Mehriban Əliyevadır”.  

Video Oynadıcı


00:00

07:17




 
Tarix: 9-06-2018, 21:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}