Rusiyanı ciddi təlatüm gözləyir - 600 min azərbaycanlı geri qayıtsa, nə olacaq?


Ekspert: “Yarım milyon adamın geri qayıtması əmək bazarında şok effekt yarada bilər”

Gələn il işsizliyin Rusiyanı ağuşuna alacağı və bu ölkədə sosial problemlərin pik həddə çatacağı barədə proqnozlar artır. Ekspertlər şimal qonşumuzdakı bu durumun region ölkələrinə təsirsiz ötüşməyəcəyini bildirirlər.

Heç şübhəsiz ki, Rusiyada gedən iqtisadi proseslər Azərbaycanı da narahat edir. Bu ölkədə 3 milyona yaxın soydaşımız yaşayır. Əgər işsizlik Rusiyanı “vursa”, soydaşlarımızın öz ölkələrinə qayıtması prosesi baş verəcək.

Politoloq Əhəd Məmmədli Rusiyada yaşanan istənilən prosesin MDB məkanına təsir edəcəyini düşünür: “Neftin qiyməti düşür. Bu proses davam edərsə, heç şübhəsiz Rusiya kimi neftdən asılı ölkələr çətin duruma düşəcək. Üstəlik,  Rusiya neçə ildir ki, sanksiyalara məruz qalır və yeni sanksiyalar astanasındadır. Bu da ildən-ilə Rusiyada ciddi narazılıq doğurur. Təsadüfi deyil ki, bu il Putinin reytinqi son illərlə müqayisədə ən aşağı səviyyəyə düşdü. Krımın ilhaqı eyforiyası unudulmaq üzrədir. İnsanlar adi həyata qayıdırlar. Adi həyatda da qiymətlər qalxır, təqaüdün yaşı qaldırılır, hər yerdə korrupsiya çoxalır və s. Bu, adi vətəndaşları çox narahat edir. Rusiyada güclü orta təbəqə var. Bu təbəqə öz gücünü 2011-ci ilin qışında göstərdi. Neçə il ərzində əsasən tələbələr, ziyalılar, özəl sektor, büdcə işçilərindən ibarət olan orta təbəqə ölkə səviyyəsində mitinqlər etdi. Artıq sərhədlər açıqdı. Orta yaşayış səviyyəsində olan ruslar dünyanı gəzmək imkanına malik oldular. Avropada təhsil alan rus gəncliyi ölkəsinə qayıdıb daha yaxşı yaşayış tələbləri ilə ortaya çıxdı. Düzdür, Putinin stabil atom elektoratı var. Bu elektorat üçün əsas olan tox deyil, böyük Rusiyadır.

Politoloq ÆhÉd MÉmmÉdli ile ilgili görsel sonucu

Onların azalmasına və çoxalmasına Rusiyadakı sosial vəziyyət də təsir edir. Rusiyada böhran artsa, heç şübhəsiz ki, regionda böyük katoklizmlər yaşana bilər. Və bu katoklizmlər Rusiyanın xaricinə-qonşu ölkələrə də sıçrayacaq. MDB ölkələrinin vətəndaşları Rusiyada çox yaşayır. Rusiyada yaşayan qafqazlılar, orta asiyalılar, moldovalılar, belaruslar bu ölkədə qarışıqlıq olsa, öz vətənlərinə axışacaqlar. Bunun isə nə demək olduğunu yaxşı bilirsiz. Təsəvvür edin, Rusiyada yaşayan çoxsaylı azərbaycanlılar vətəninə qayıtsa, bu nə deməkdir? Bu o deməkdir ki, Rusiyada baş verən hər hansı canlanma region dövlətlərində də öz sözünü deyəcək. Rusiyada baş verənlər isə postsovet məkanında yayılacaq. Yuxarıda qeyd etdiyimiz kimi, Rusiyada milyondan çox soydaşımız yaşayır. Onlar yaxşı həyat dalınca oralara getdilər. Və orada da çoxunun vəziyyəti heç də yaxşı deyil. İndi təsəvvür edin ki, bir anda Rusiyada ara qarışır və bu ölkədə onsuz da yaxşı yaşamayan narazı soydaşlarımız Azərbaycana qayıdır. Rusiyadan sosial problemlər fonunda soydaşlarımızın ola biləcək axının qarşısını heç cür ala bilmərik”.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bunları dedi: “Rusiya iqtisadiyyatı neft lokomotivindən asılıdır. Dünya bazarında neftin qiymətinin aşağı düşməsi və Qərbdən tətbiq edilən sanksiyalardan sonra Rusiyada həyat şərtləri kəskin şəkildə pisləşdi. 2015-ci ildən sonra davamlı olaraq hətta 2.5 dəfə iqtisadiyyat kiçilib. Bu il neftin qiymətinin artımından, Rusiyada baş tutan dünya çempionatının qazandırdığı dividentlərdən sonra bir faizdən artıq böyümə baş verdi. Amma yenidən Səudiyyə Ərəbistanının başına gələnlər OPEC-də əməlli-başlı zəlzələ yaradıb. Ötən həftə ixracı məhdudlaşdırmaqla neft bazarında qiymətləri artırmaq planı cəmi bir həftəyə suya düşdü. Rusiya belə atmosferdə yeni ilə gedir. Ölkə iqtisadiyyatı qan itirir. Gəlirlər son üç ildə 65 faiz azalıb, kasıbçılıq artıb. Üstəgəl, qara iqtisadiyyatın həcmi artıb. Rubl dollar və avro qarşısında ən pis dövrünü yaşayır. Yüz milyardlarla dollarlıq sərmayə ölkədən qaçır. Rusiyanın cazibədarlığı itib. Düzdür, gələcəyə yönəlik xarici siyasətdə Rusiyanın ABŞ və Avropa Birliyi arasındakı ziddiyyətləri faydaya çevirə və durumu stabilləşdirə bilər. Amma bu, indi mümkün deyil.

Æziz ÆlibÉyli ile ilgili görsel sonucu

Nəinki Rusiyada, sərhədimiz olan istənilən ölkədə baş verənlər mütləq şəkildə təsir edir. O da Rusiya ola. Rəsmi açıqlamaya görə, orada 2 milyon azərbaycanlı yaşayır. Amma bu şəxslər əlbəttə ki, Azərbaycanın vətəndaşları deyil. Söhbət əməkçi miqrant kimi Rusiyaya gedib-gələn 600 min azərbaycanlıdan gedir. Əlbəttə, Rusiyadan gələn pullar Azərbaycanda çox böyük rola malikdir. 600 min insanın əhatə etdiyi dairə iki milyon Azərbaycan vətəndaşı deməkdir. Gəlirlərin azalması nəticəsində ora gedənlərin sayını azaltmaqla qalmır. Azərbaycanın yükünü artırır və işsizlik səviyyəsinə təsir edir. Təsəvvür edin, növbəti neft enişindən sonra nə qədər soydaşımız mövsümi miqrantlıqdan əl çəkəcək. Bəs belə olduğu halda Azərbaycan bu problemi necə həll edəcək? Axı neftlə bağlı paralel proseslər Azərbaycanda da yaşanacaq. Statistika Komitəsi işsizlik faizini ötən il 5 faiz səviyyəsində açıqlamışdı. Yarım milyon adamın geri qayıtması əmək bazarında şok effekt yarada bilər. Bu baxımdan maliyyə ehtiyatlarından bu artıq proqnoz edilə bilən məsələ üçün resurslar ayrılmalıdır. Belə olsa, nəticə ağrılı olmaz. Ümid edək ki, yeni il düşündüyümüz qədər ağır sürprizlər etməz”.“Yeni Müsavat”


Tarix: 26-12-2018, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}