Buraxılış və qəbul imtahanı verənlərə - XOŞ XƏBƏR


Buraxılış və qəbul imtahanı verənlərə - XOŞ XƏBƏR





“Əgər dinləmə mətnlərindəki müəyyən tapşırıqlar təkmilləşdirilsə, yenilik böyük inkişafa səbəb olacaq. Dinləmə testlərimiz beynəlxalq imtahanlardakı testlərdən qat-qat asandır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı ingilis dili müəllimi Elvin Bakirov deyib. O magistratura imtahanlarına dinləmə mətninin əlavə olunmasını çox cəsarətli addım kimi qiymətləndirib:

“Ümumiyyətlə, hər sahədə yenilik etmək çox vacibdir. Bu bakalavrların özlərini təkmilləşdirməsinə və dili ünsiyyət vasitəsi kimi öyrənmələrinə səbəb olacaq. Bəhanələr və etirazların olması normal haldır. Dinləyə bilmək üçün bir ay az müddətdir, ancaq bakalavr bazası olan tələbələrin uğur qazanmaq üçün kifayət qədər vaxtları var”.

Elvin Bakirov hesab edir ki, təqdim olunan nümunə dinləmə mətnləri çox sadə və kifayət qədər asandır:

“Əgər dinləmə mətnlərindəki müəyyən tapşırıqlar təkmilləşdirilsə, yenilik böyük inkişafa səbəb olacaq. Dinləmə testlərimiz beynəlxalq imtahanlardakı testlərdən qat-qat asandır. Bunun da səbəbi bu tipdə imtahanlara yeni başlamağımızdır.

Bakalavrlara “Tacttics for listening” kitabından və http://learnenglishteens.britishcouncil.org/skills/listening kimi mənbələrdən istifadə etmələrini tövsiyə edirəm.

Xatırladaq ki, ali təhsil müəssisələri və AMEA-nın magistratura pilləsinə qəbul imtahanının I mərhələsi 24 fevralda keçiriləcək.

Nümunə dinləmə mətnləri ilə tanış olmaq üçün qeyd olunan linkə daxil ola bilərsiniz: http://dim.gov.az/news/2691/

Tarix: 9-01-2019, 23:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}