Avtovağzalda 20-yə yaxın mikroavtobus GİROV SAXLANILIB

 Yunis Məmmədov: “Naxçıvan blokada şəraitindədir, mənim başqa yerdən qazancım yoxdur”
Bu gün səhər saatlarından Bakı Beynəlxalq Avtovağzalında “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili MMC” 20-yə yaxın mikroavtobusu girov saxlayıb. Maşını saxlanılan şəxslərdən biri də Naxçıvan sakini Yunis Məmmədovdur. Ona məxsus 67BS631 seriyalı mikroavtobus saxlanılıb.
Y.Məmmədovun “Hürriyyət”ə verdiyi məlumata görə, səhər saat 9-dan indiyə kimi onun maşını saxlanılır: “Maşında 6-7 nəfər qadın var, burada qalmışıq, kimə də deyirsən, biri deyir Nəqliyyat Departamentinin, bir də deyir Avtovağzalın müdiriyyətinin yanına get. Burada pullu dayancaqdan çıxdığım yerdə məni Avtovağzalın mühafizəçiləri saxladı, maşını orada saxladılar. Mən taksi xidməti ilə məşğul oluram. Naxçıvanda isə prezidentin fərmanı ilə taksilərə lisenziya ləğv olunub. Biz neçə vaxtdır sifariş olanda gəlib, gedirik. Naxçıvan blokada şəraitindədir, mənim başqa yerdən qazancım yoxdur. Bizə heç bir xəbərdarlıq etmədən bu gün Nəqliyyat Departamentinin əmri ilə bütün maşınları saxlayıblar. Bir dənə Naxçıvan maşını mənimkidir, qalanı hamısı yerli maşınlardır, saxlayıblar. Maraqlısı odur ki, bəzi maşınları yavaş-yavaş buraxırlar, gedir. Mənim maşınımda qadınlar var, Naxçıvana yasa gedirlər, oturub gözləyirlər. Belə olmaz ki, insanları yoldan qoyurlar, vaxtında gedib yasa çata da bilməyəcəklər”.
Məlumata görə, Bakı-Şabran yolunda da mikroavtobusları saxlayıblar. Belə görünür ki, avtomobil sahibləri əvvəl keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun “qoçuları”dan cana gəlmişdilərsə, indi isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin “qoçuları”nın əlindən cana gəlirlər.
Tarix: 6-03-2019, 13:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}