Rəfail Mehrəliyevin Departamenti ləğv edilir, özü də işdən çıxarılır?

 Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ləğv edilməsi gündəmdədir. Bizimxeber.az-a məlumatlı mənbələrdən verilən məlumata görə, yaxın vaxtlarda Eldar Əzizovun daha bir neçə ciddi kadr islahatı baş tutacaq.
Mer təyin olunduğu gündən islahatları ilə yaddan qalan Eldar Əzizov sözügedən Departamenti ləğv etməklə Rəfail Mehrəliyevlə də vidalaşmış olur. Adı zaman-zaman müxtəlif qalmaqallarda, korrupsiyada, böyük biznes şəbəkəsinin olması faktlarında hallanan Rəfail Mehrəliyevin heç bir vəzifəyə təyin ediləməyəcəyi deyilir.
Məlumata görə, şəhərin Mənzil-Kommunal Təsərrüfatının yaxşılaşdırılması üçün mobil və daha çevik sistem yaradılıb və bundan sonra yaranmış problem daha tez bir zamanda öz həllini tapacaq, iş rahatlaşacaq.
Məlumat üçün bildirək ki, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əskər səlahiyyətləri əlindən alınaraq başqa bir quruma verilib. 
Daha bir incə məqam isə Rəfail Mehrəliyevin sahibkarlara gördürdüyü işin müqabilində külli miqdarda borcunun olmasıdır ki, sahibkarlar hələdə bu pulu ala bilmir. Daha ətraflı məlumatları yaxın günlərdə verəcəyik.
Tarix: 7-03-2019, 23:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}