Hakimiyyət Ramiz Mehdiyev-Əli Həsənov tərəfindən bəslənən kaftar sürüsündən canını qurtarmalıdır — Aslan İsmayılov




Ermənistanda keçirilən seçkilər Azərbaycanda hərtərəfli araşdırılmalıdır. Əminəm ki, bu seçkilərin özəlliyindən çox yazılacaq. Müharibəni biabırcasına uduzmuş bir hakimiyyətin xalq tərəfindən ikinci dəfə seçilməsi səbəbləri çoxlu maraq doğuracaq. 

Bu yazıda ancaq bir məqama toxunmaq istəyirəm.

Ermənistanda və Rusiyada olan erməni məmur-oliqarxlar var gücləri ilə Köçəryanın seçilməsinə çalışdılar. Bunun üçün əllərində olan bütün maddi, informasiya mənbələrini işə saldılar və əvəzində heç nə qazanmadılar. Aram qabrielyanovlar, marqarita simonyanlar, solovyovlar, poznerlər və digər kaftar (giyena, sırtlan) sürüləri - “media kapitanları” dəridən-qabıqdan çıxsalar, içlərində olan zəhərləri ətrafa püskürsələr, bütün murdarlıqlarını ortaya qoysalar da heç nəyə nail ola bilmədilər. 

Azərbaycan hakimiyyəti ayrıca bu halı araşdırmalı, bizim uzun illər Ramiz Mehdiyev - Əli Həsənov tərəfindən bəslənən kaftar sürüsündən canını qurtarmalı və normal, bu günkü çağırışlara cavab verən mediyanın qurulmasına çalışmalıdır.

Aslan İsmayılov
Tanınmış vəkil
Tarix: 21-06-2021, 23:27
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}