Bu jurnalistlər şəxsi evlərini şəhid ailələrinə bağışlayır



Bir qrup media və QHT nümayəndəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə  deyilir: “Ötən dövrdə 500-ə yaxın jurnalist belə mənzillərlə təmin olunub. Jurnalistlər üçün nəzərdə tutulan üçüncü bina da artıq istifadəyə hazırdır. Biz təklif edirik ki, öz canından keçərək, əsl qəhrəmanlıq nümunəsi göstərərək bu Vətənin bütövlüyünü bizə bəxş edən şəhid və qazilərimizə ehtiramın ifadəsi olaraq, sözügedən üçüncü binadakı mənzillər şəhid ailələrinə, torpaqlarımızın azad edilməsində böyük şücaət göstərmiş xüsusi təyinatlılarımıza, Vətən Müharibəsi qəhrəmanlarına təqdim olunsun.”
Müraciəti imzalayan 40a yaxın şəxs buna qədər jurnalistlər binasında ev alıb. Ju rnalistlərin 1 və 2-ci binasından ev alan jurnalistlərin bir qismi öz mənzillərini şəhid və qazi ailələrinə bağışlayıblar.
Cumhuriyyət.az onların siyahısını təqdim edir:
Elçin Mirzəbəyli,
Elbrus Ərud,
Hikmət Babaoğlu,
Vüqar Rəhimzadə,
Vüsal Məmmədov
Elçin Alıoğlu,
Şakir Ağayev,
Azər Xəlilov,
Bəhruz Quliyev,
Hümmət Musayev,
Şakir Eminbəyli.
Aldığımız digər məlumata görə, Elburus Ərud evini satsa da, həmin məbləğdə vəsaiti YAŞAT Fonduna köçürəcəyini deyib.
Tarix: 24-07-2021, 18:26
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}