Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək - ŞOK


Avqustun 3-də keçiriləcək Milli Məclisin növbədənkənar sessiyasında polisi döyən deputat Eldəniz Səlimovun toxunulmazlığına xitam verəcək.
 
Siam.az xəbər verir ki, Eldəniz Səlimov Milli Məclisin iclasından dərhal sonra həbs ediləcək.
 
Qeyd edək ki, bu gün Milli Məclisin İntizam komissiyasında Eldəniz Səlimovla bağlı məsələ müzakirə edilib. Müzakirədən sonra komissiya onun toxunulmazlığına xitam verilməsi barədə rəy qəbul edib.
 
Xatırladaq ki, Eldəniz Səlimov artıq Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından xaric edilib.
 
Yenicag
Tarix: 2-08-2021, 22:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}