“Əli Həsənovun ən yaxın adamlarından biri olan Azər Həsrət Parlamentə böhtan atmaqda davam edir”



“Əli Həsənovun ən yaxın adamlarından biri olan Azər Həsrət Parlamentə böhtan atmaqda, hakimiyyətin ikinci qoluna qarşı iftiralar yağdırmaqda davam edir”.
 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev deyib.
 
“Adam deyir ki, 44 günlük Vətən müharibəsində deputatlar susublar. Əli Həsənovdan sonra bunun bir sanballı böyüyü də qalmayıb ki,  onu başa salsın ki, Milli Məclisin bütün deputatları Tovuz hadisələrindən etibarən Vətən müharibəsi dövründə ingilis, rus, fransız və ərəb dillərində hər dəqiqə, hər an Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırıblar. Mən deputatların ayrı-ayrı fondlara keçirdikləri vəsaitləri, Şəhid və qazi aillələrinə göstərdikləri qayğının detallarını xatırlatmaq istəməzdim. Adam hansısa xarici qüvvələrin təsiri altına düşüb hakimiyyətin ikinci qoluna böhtanlar atır. Bu cür avantüristlərə meydan verənlər hansı məqsədləri güdürlər? Bu gün parlamentin buraxılması ilə bağlı avantürist fikirləri tirajlamaq ölkəmizin əleyhinə olan xarici qüvvələrin diqtəsidir. Azər həsrət kimi tiplər Qarabağda bərpa işlərini apardığımız zamanda və bütün qüvvələrimizi ora yönəltdiyimiz bir halda dövlətin və cəmiyyətin başını seçki prosesinə qarışdırmaq missiyasını götürüblər. Bu cür psixoloji tiplərə meydan vermək dövlətçiliyimizə qarşı yönəlmiş addımdır. Şəxsi mənafeyini ictimai mənafedən üstün tutan savadsız, böhtançı adamlara efir vermək yalnız  ictimai rəyi çaşdırmağa xidmət edir. Yeri gəlmişkən, Azər Həsrətin bir cəsarətli davranışını da burada vurğulamadan keçə bilmərəm, adam açıq şəkildə etiraf etdi ki, bəli, mən, Əli Həsənovun trolu olmuşam” – E.Əliyev bildirib.
Tarix: 3-08-2021, 08:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}