“Koroğlunun heç bir dəlisi qayaya dırnaqları ilə çıxıb düşməni məhv etməyib” – Sərdar Cəlaloğlu



“Güllə dövrünün qəhrəmanı Mübariz İbrahimov, Hikmət Mirzəyevdir. Qəhrəman Şuşanın dağlarına dırnaqları ilə dırmaşanlardır. Koroğlunun heç bir dəlisi qayaya dırnaqları ilə çıxıb düşməni məhv etməyib...”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirib.
 
S.Cəlaloğlu qeyd edib ki, qəhrəmanlıq sosioloji məsələdir: “Sosiologiya, sosial kodlaşdırma nədir, bilmirsiniz... Elmi diskussiya açıram, məsələdən xəbəri olmayanlar da tənqid edirlər. Deyirlər, bəs qəhrəmanlarımız kim olsun. Real qəhrəmanlarınız var da... Gərək IX əsrdə Babəki tapasan. Sevin də Mübariz İbrahimovu. Özünü qumbaranın üstünə atan qəhrəman deyil? Gərək qəhrəman min illər əvvəl yaşamışları hesab edək?!”
Tarix: 14-09-2021, 09:20
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}