Elman Rüstəmovun müavini Aftandil Babayev Novxanıda vətəndaşın qanuni 30 sot torpağını zəbt edərək oğlu Qasıma villa tikdirir



Elman Rüstəmovun müavini Aftandil Babayev Novxanıda vətəndaşın qanuni 30 sot torpağını zəbt edərək oğlu Qasıma villa tikdirir
Aftandil Babayev, Novxanıdakı 10 milyon dəyəri olan villa sənə azlıq edir ?

Zakir Qaralov olmasaydı, indi Aftandil Babayev həbsxanada idi ...
Bu yazının “qəhrəman”ı, ruslar demişkən, “odda yanmaz, suda batmaz, ölməz Kaşşey” Aftandil Babayevin kimliyinə nəzər salaq.
Aftandil Babayev hələ 1981–1983–cü illərdə Kənd Təsərrüfatı Nazirliyində maliyyə şöbəsinin rəisi vəzifəsində işləyərkən rüşvətxor kimi ad çıxarmışdı.
Sonralar Maliyyə Nazirliyində və daha sonra Dövlət Qiymətli Kağızlar Komitəsində şöbə rəisi, baş idarə rəisinin müavini vəzifələrində işləmişdir.
Ancaq əsl arzusuna çata bilmirdi. Aftandil Babayevin arzusu böyük pullar idi.
Nəhayət 1994–cü ildə Aftandil Babayev arzusuna çata bildi, o, Milli Bankın Pul-kredit siyasəti departamentinin direktoru oldu.
Balıq suda üzən kimi Aftandil Babayev milyonların içərisində üzməyə başladı.
Cənab Babayev 2007–ci ildən bu günədək Azərbaycan Republikası Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavinidir.
Bəli, 22 ildir Aftandil Babayev Azərbaycan bank sisteminin başına oyunlar açaraq, ölkənin ən varlı məmurlarından birinə çevrilib.
Bu adamın adı bir neçə il əvvəl ölkəyə qaçaqmal yolu ilə gətirilən qiymətli metallara görə, hallanırdı. Ancaq son anda, həmyerlisi, ozamankı baş prokuror Zakir Qaralovun əli ilə xilas ola bildi.
Onu da qeyd edək ki, bu adamın iştahası daha böyük idi, hətta komitə sədri olmaq istəyirdi. Ancaq alınmadı.
Aftandil Babayevin kimliyi barədə bu qədər. İndi isə keçək onun qaranlıq əməllərinə.
Deməli, Aftandil Babayev öz şefi Elman Rüstəmovla yarışa çıxıb.
Deyir ki, Elman Rüstəmovun hektarlarla torpağı ola bilər, mənim yox ?
Elman Rüstəmov özünə təzə villa tikən kimi, Aftandil ondan geri qalmır. Özünə Novxanıda 10 milyon dəyəri olan villa tikdirir. Bununla kifayətlənməyən cənab Aftandil Babayev öz 10 milyonluq villasının yanında oğlu Qasım Babayev üçün yeni bir 10 milyonluq villa ucaldır.
Ancaq bu villa kimin torpağında, kimin halal yerində tikilir ?-özüdə xüsusi mülkiyyət olmayan yerdə.
Bax, əsas məsələ budur.
Bəli, Aftandil Babayev Novxanıda vətəndaşa məxsus, çıxarışı, mülkiyyət sənədi, “kupçası” olan 30 sot torpaq sahəsini zəbt edib.
Bu adam başa düşmür ki, hələ orta əsrlərdə şəxsi mülkiyyət toxunulmaz sayılırdı.
Bu adam isə XXI əsrdə heç bir qanun-qayda saymır, puluna, milyonlarına güvənib vətəndaşın torpağını ələ keçirmək istəyir.
Hələ istəməyi cəhənnəmə, həmin torpaq sahəsi üçün saxta sənədlər düzəldib.
Bəli, son illər ölkəmizdə torpaq maxinatorları əmələ gəlib, saxta sənədlərlə vətəndaşın torpağını əlindən alıb, zəbt edərək sənədlər düzəldirlər.
Vaxtilə bu saxtalaşdırma işləri ilə Dövlət Əmlak Komitəsinin ( DƏK ) əməkdaşları məşğul olurdu. Bu gün DƏK yoxdur, daha doğrusu, İqtisadiyyat Nazirliyinin tabeçiliyinə verilib.
Biz hörmətli, iqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirik ki, bu qanunsuzluqlara, cinayət xarakterli əməllərə son qoyulsun.
Bəli, Aftandil Babayev Novxanıda vətəndaşa məxsus 30 sot torpaq sahəsini zorla ələ keçirib. Həmin ərazidə torpağın 1 sotunun qiyməti 50 min manat civarındadır. Görəsən, dövlətdən konkret maaş alan Aftandil Babayev bu milyonları necə qazanıb ?
Onu da qeyd edək ki, torpağı zəbt etmək üçün saxta sənədlərin düzəldilməsində Aftandil Babayevə Abşeron rayonu BTİ-nin rəisi Fuad İbrəhimovun atası kömək edir.
Məlumat üçün onu da qeyd edək ki, Aftandil Babayevin oğlu Qasım Babayev də atası kimi bankirdir. Elə bil ata-balanın göbəklərini bankda kəsiblər.
Bəli, Qasım Babayev “Azmikroinvest” MMC-nin (bank olmayan kredit təşkilatı) baş direktorunun müavinidir.
Sözün qısası, bahalı evləri, avtomobilləri, villaları, xaricdə biznesi olan Aftandil Babayev bütün bunlarla kifayətlənməyib, vətəndaşın qanuni torpaq sahəsini ələ keçirib.
Bəs görəsən, vətəndaş əlindəki daşdan keçən sənədləri, çıxarışı, mülkiyyət sənədlərini, “kupça”nı KİMƏ GÖSTƏRSİN ?
Torpaqlarımızı zəbt edən edən, işğal edən erməni ilə Aftandil Babayevin nə fərqi var ?
Hər ikisi qanusuz işğaldır.
Sonda yenə hörmətli iqtisadiyyat nazirimiz Mikayıl Cabbarova üz tuturuq.
Cənab nazir !
Azərbaycan cəmiyyəti sizi təmiz, qanunlara hörmət edən bir islahatçı nazir kimi tanıyır.
Aftandil Babayevin qanunsuz əməllərinə son qoyun.
Bu adam bütün həddləri keçib, bu adam cəmiyyətdə dövlətə, qanunlara inamsızlıq yaradır.
P.S Qarşı tərəflərə cavab haqqı tanıyırıq. gundelik baki.com





Tarix: 14-09-2021, 10:06
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}