Zakir Fərəcov şəhid ailələrini qəbul etmək istəmir



“Vətən Müharibəsində şəhid olmuşların ailələrinin, əlil olmuşların, müharibə iştirakçılarının məktublarını oxuduqca insan peşmançılıq hissindən düşmənçilik hissinə keçir. Bu insanlar artıq heç nə istəmir, sadəcə minimal tələblərinin təmin olunmasını, elementar qayğı, iş yerləri istəyirlər”.
Siam.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov bildirib.
“Sumqayıtdan olan bir neçə məktub məni dəhşətə gətirdi. Başçı (Zakir Fərəcov – red), sadəcə, şəhid ailələrini qəbul etmək istəmir. Yaxşı halda hansısa işçiləri qəbul edib söz verməklə, insanları “otarmaqla” məşğuldurlar. Tam səmimi deyirəm ki, haqsızlığın bu qədər olduğunu bilmirdim və ona görə də bundan sonra bu məsələyə xüsusi diqqət ayıracam. Vətən Müharibəsində iştirak etmişlərin qayğısına qalmaq üçün Fondlar yaradıb onu reklam etmək yox, konkret problemləri həll etmək lazımdır. Bunun üçün də ilk növbədə İcra orqanları, Prezident Administrasiyasından tutmuş yerli icra hakimiyyətlərinə qədər sadəcə öz vəzifə borclarını yerinə yetirməlidirlər” – A.İsmayılov qeyd edib.
Tarix: 23-09-2021, 13:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}