Ülvi Quliyevin oğlu Britaniyadakı iki şirkətindən birini bağlayıb


 






Milli Məclisin deputatı Ülvi Quliyevin oğlu Orxan Quluzadə Britaniyadakı iki şirkətindən birini bağlayıb. Onun təxminən iki il əvvəl Londonda təsis etdiyi MARKETING SOLE PROJECT LTD şirkəti bu il avqustun 24-də qapadılıb. Mediatv.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
Bundan əvvəl sənədlər əsasında təqdim etdiyim materiallarda Orxan Quluzadənin sahib olduğu digər şirkəti - GUANO LTD üzərindən Londonda 5 bahalı mənzil alması haqqında yazmışdım.
Mənə çatan məlumata görə "profilaktik söhbətlərdə" deputatın oğluna İngiltərənin daşınmaz əmlak bazarından geri çəkilmək, mənzilləri satmaq və pulu ölkəyə geri gətirmək məsləhət görülüb.
 


Tarix: 5-12-2021, 10:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}