Tofiq Yaqubluya işgəncəni kim verib?


Ekspert Xaqani Cəfərli
9 – 10 dekabrda prezident Co Bayden 110 ölkənin, özəl sektor, vətəndaş cəmiyyəti və xeyriyyə təşkilatlarının iştirak edəcəyi Demokratiya Sammiti keçirəcək. Bu hadisə dünyanın bir qütbündə demokratiyanın bir institut kimi formalaşmasının başlnğacı ola bilər. Bu qütbə qarşı isə diktator və uzurpatorların hakimiyyətdə olduğu ölkələrin beynəlmilər birliyi dayanır.
Əslində Demokratiya Sammiti ABŞ-ın cavab addımıdır. Bu sammit Rusiya prezidenti Vladimir Putinin formalaşdırdığı, vahid mərkəz halına gələn korrupsiya və avtoritarizm qütbünün daha da genişlənməsinin qarşısını almağa xidmət etməlidir. Sammitin bu vəzifənin öhdəsindən gəlib-gəlməyəcəyini zaman göstərəcək. Ancaq bu sammitdən sonra iki qütblü dünya düzəni dərinləşəcək.
Bir tərəfdə demokratiya, insan haqları və qanunun aliliyinə hörmət edən ölkələrin mənəvi-siyasi birliyi, digər tərəfdə Rusiya, Çin və İranın hegemon olduğu antidemokratik qütbün formalaşması dərinləşəcək. Azərbaycan cəmiyyətinin kiçik hissəsi istisna olmaqla əksəriyyət ölkəmizin antidemokratik qütbdə yer almasında xidməti var.
Fədakarlığı ilə cəmiyyətə nümunə olan Tofiq Yaqubuluya qarşı işgəncələrin əsas səbəbi də Azərbaycanın antidemokratik qütbdə yer almasıdır. Bu qütbdə yer alan ölkələrdə vətəndalara, xüsusi ilə də siyasi fəallara igəncələrin verilməsi, öldürülməsi adi haldır. Çindən Nikaraquaya qədər bütün totalitar və avtoritar ölkələrdə vəziyyət təxminən eynidir.
Tofiq Yaqubluya işgəncə verilməsinin əsas səbəbi Azərbaycanın antidemokratik qütbdə yer almasıdır. Bundan sonrakı məsələlər təfərrüatdır.
Tarix: 6-12-2021, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}