“Jurnalistlərimiz məmurlardan hər şey soruşa bilərlər...”



“Jurnalistlərimiz məmurlardan hər şey soruşa bilərlər...”
“Hər bir juranlistin informasiya almaq və yaymaq azadlığı var. Jurnalistlərimizin öz hüquqları var və məmurlarımız da onların suallarına cavab verməlidir”
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov məmurlarımız tərəfindən jurnalistlərə qarşı kobud rəftarın yolverilməz olduğunu bildirib:  
 
“Dövlət Sərhəd Xidmətinin zabiti Rövşən Cahangirov jurnalistə qarşı kobud rəftarıyla səhvə yol verib. Heç kimə belə ixtiyar verilməyib. Məmurlarımızdan hər şey soruşula bilər və onlar da buna cavab verməlidirlər. Əgər cavab vermirsənsə, səbəbini aydınlaşdırmalısan. 
 
Təbii ki, məmurların jurnalistlərdən qaçmasının səbəbləri var və bunlar bizə də məlumdur. Çünki bir çoxlarının işlərində kifayət qədər nöqsanlar var. Bu gün jurnalistə kobud rəfdarına görə hansısa məmur cəzalandırılırsa, bu başqalarına da dərs olmalıdır. Onların nə ixtiyarı var ki, jurnalistə əl-qol atırlar? Həqiqətən də jurnalistlərimiz hansısa nazirlikdən məlumat almaq üçün çox əziyyət çəkirlər. Bizim ölkəmizdə vəziyyət belədir. Onlara demək istəyirəm ki, ya bu qanunları qəbul etməyəydilər, ya ediblərsə, əməl etsinlər”. 
 
Qeyd edək ki, jurnalistə kobud rəftar göstərən Dövlət Sərhəd Xidmətinin zabiti Rövşən Cahangirova rəhbərlik tərəfindən töhmət verilib.

Tarix: 7-12-2021, 14:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}