Ruhi-əsəb xəstəsinin pensiyası niyə kəsilib?

Ruhi-əsəb xəstəsinin pensiyası niyə kəsilib? - VİDEO

Ruhi-əsəb xəstəliyindən əziyyət çəkən Gəncə şəhər sakini aylardır ki, pensiyasını ala bilmir.
Söhbət 62 yaşlı Sahib Tağıyevdən gedir.

Rahilə Tağıyeva deyir ki, həyat yoldaşına əlilliyə görə 10 il pensiya verilib. Amma 1 ilə yaxındır ki, həmin vəsaitdən məhrumdurlar. İddia edirlər ki, məsələnin araşdırılması üçün aidiyyəti üzrə müraciət etdikdə, onlara bildirilib ki, xəstə əvvəlcə müalicə kursu keçməli, daha sonra pensiya təyinatının bərpası üçün müvafiq sənədlər yenidən toplanaraq təqdim olunmalıdır.
Ailəsi iddia edir ki, Sahib Tağıyev 20 və 100 gün olmaqla, iki dəfə Gəncə Psixiatriya Xəstəxanasında müalicə alıb, amma nəticə dəyişməyib.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirildi ki, Gəncə şəhər sakini Sahib Tağıyevin əlillik müddəti bir il əvvəl başa çatıb. Gəncə Psixiatriya Xəstəxanası tərəfindən "Əlillik" altsisteminə daxil edilən göndərişdə Sahib Tağıyevin xəstəliyinin başlanma tarixi 2009-cu il qeyd edilsə də, şəxsin əsas diaqnoz və ağırlaşmalarla bağlı yalnız 2021-ci ildə, yəni 12 il sonra stasionar müalicə aldığı müəyyən edilib. Bu isə şəxsə əlillik təyinatı üçün əsas yaratmır. Bununla belə, Dövlət Tibbi-Sosial Ekpsertiza və Reabilitasiya Agentliyinin yerli Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən Sahib Tağıyevin əyani müayinəsi aparılacaq və nəticəsinə uyğun olaraq əlilliyi ilə bağlı müvafiq qərar veriləcək.
Tarix: 26-01-2022, 23:13
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}