Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...

Məşhur iş adamının 500 min dollar vergi borcuna görə saxlanılması xəbəri yayıldı...
"Hafka" kimi tanınan məşhur iş adamı Hafiz Məmmədovun saxlanılması ilə bağlı Moderator.az-a məlumat daxil olub.
 
İş adamının vergi problemlərinə görə saxlanıldığı və 500 min dollar vergi borcuna görə artıq 2 gündür İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Yasamal istintaq şöbəsində çək-çevirə çəkildiyi bildirilir.
 
Məlumat gecə saatlarında saytımıza daxil olduğundan onu dəqiqləşdirə bilmədik. Ümid edirik ki, yaxın günlərdə bununla bağlı dəqiq informasiya əldə etmək mümkün olacaq. 

Tarix: 27-01-2022, 09:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}