Həbsxanadan sensasion məktub - “MƏNİ KƏMALƏDDİN HEYDƏROV HƏBS ETDİRİB”
Həbsdə olan gənc bəstəkar Tural Bayraməliyev iddia etdiyi qanunsuz həbsi ilə bağlı həbsxanadan yeni faktlar açıqlayıb.Açıqlamada qeyd olunur: “Mən, bəstəkar, ictimai xadim Tural Bayraməliyev, 4 ildən çoxdur ki, qanunsuz və əsassız həbs həyatı yaşayıram. İstəyirəm səsimi, müraciətimi cənab prezident İlham Əliyev, birinci-vitse prezident Mehriban xanım Əliyeva və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev eşitsin.Çünki mən qanunsuz olaraq həbs edilmişəm. Həbsimdə bir çox yüksək vəzifəli şəxslərin əli var: keçmiş baş prokuror Zakir Qaralov, keçmiş gömrük rəisi Aydın Əliyev, Vüsal Novruzov, bu yaxınlarda vəzifəsindən azad edilmiş şəhər prokuroru İlqar Abbasov və nəhayət “fövqəlnazir” Kəmaləddin Heydərov. Bu şəxslər həbsimin birgə səbəbkarlarıdır. Xüsusilə, Kəmaləddin Heydərovun adını çəkməyim daha doğru olar. Çünki bu şəxs mənim işimdə “zərərçəkmiş şəxs” kimi tanınan, əslində isə məhkəmə sənədlərinə əsasən özü dələduz olan Şədiyyə Salehli ilə uzun illərdir ki, yaxın ailəvi münasibətlər içindədir. Bu baxımdan, vacib və diqqətçəkən bir faktı nəzərinizə çatdırmasam mühakiməm yetərsiz olar.Tural BayraməliyevBelə ki, hələ barəmdə olan ittihama Bakı Ağır Cinayətlər Məhkəməsində - hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılan ərəfədə tanınmış vəkil Bəylər Məmişovu özümə müdafiəçi tutmaq istədim. Lakin Bəylər Məmişov bu həbsin arxasında birbaşa olaraq Kəmalədin Heydərovun durduğuna dair əsaslı məlumata sahib olduğunu bildirərək, müdafiəmi bu səbəbdən təşkil edə bilməyəcəyini əsas gətirdi və mənə vəkillik etməkdən imtina etdi. Buna baxmayaraq, mən onu məhkəmədə Şədiyyə Salehlinin vəkili olaraq gördüm. Etdiyim əsaslı etirazın nəticəsi olaraq mənə vəkillik etməkdən imtina etmiş Bəylər Məmişov ümumiyyətlə bu işdən uzaqlaşmağa məcbur qaldı.
Xülasə, qeyd etmək istəyirəm ki, ağrılı, acılı, haqsız həbs həyatı yaşayıram. Azadlığımdan, ailəmdən, övladlarımdan məhrum vəziyyətə düşmüşəm. Azadlığa çıxmağım üçün kifayət qədər əsaslar, təqsirsizliyimi sübuta yetirəcək çoxsaylı dəllilər var. Amma Kəmaləddin Heydərovun Şədiyyə Salehlinin xahişinə sadiq qalması mənim işimə məhkəmələrdə ədalətli baxılmasına mane olub və hələ də bu problem davam etməkdədir. Bir sözlə, “fövqəlnazir” Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb.
Odur ki, ölkə başçısı cənab prezident İlham Əliyevə müraciət edərək kömək diləyirəm. Çünki bu ölkədə prezidentimiz işə qarışmayana qədər ədalət bərqərar olmur. Diqqətinizə görə təşəkkür edirəm”.(Hurriyyet.az)AZƏRBAYCANREALLIĞI.COM
Tarix: 14-05-2022, 00:16
-
Dünən, 22:07
Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı
-
Dünən, 21:50
Vüqar Qurbanov işdən çıxardığı müavinə yeni vəzifə verdi (FOTO)
-
Dünən, 21:37
Əcnəbi vətəndaş Əhməd Vəliyevin kürəkənini məhkəməyə verdi
-
Dünən, 20:10
Krıma zərbələr: S-400 və S-300 sistemləri məhv edildi
-
Dünən, 20:08
SAATLI RAYON İCRA HAKİMİYYƏTİ MƏHKƏMƏ QARŞISINA ÇIXMAĞA RAZIDIR LAKİN MƏLUMAT VERMƏYƏ RAZI DEYİL - İTTİHAM
-
Dünən, 20:05
Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ
-
Dünən, 20:04
Dövlət qurumu 25 milyon dəyərində 2 tenderə yekun vurdu - QALİBLƏR, MƏBLƏĞLƏR
-
Dünən, 19:59
Göyçay sakininin başına açılan oyunlar... - VİDEOMÜRACİƏT
-
Dünən, 18:43
30 milyon maliyyə ayrılır, TƏMİR İŞİ GÖRÜLMÜR...
-
Dünən, 18:21
Hər gün orta hesabla 6 azərbaycanlı Almaniyadan sığınacaq istəyir
-
Dünən, 18:20
Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Ali "ədalət" budur?
-
Dünən, 18:17
“Lora Dent” klinikası məhkəməyə verilib
-
Dünən, 18:16
Deputatlığa namizəd olan iş adamının ölkədən çıxışına qadağa qoyula bilər
-
Dünən, 18:12
Atasız böyüyən... anası yataq xəstəsi olan Qazimiz “Unibank”ın HƏDƏFİNDƏ... - AXI NİYƏ?
-
Dünən, 18:11
10 milyonluq mənimsəmədə ittiham edilən iş adamı özünü təqsirli bilmir – Prokuror 13 il cəza tələb etdi
-
Dünən, 18:00
Milli Şuranın mitinq müraciətinə RƏSMİ CAVAB
-
Dünən, 17:58
Saakaşvili bütün ölkəni etirazlara çağırdı
-
Dünən, 17:54
3 həftədə 5 kq: tez arıqlamağın yolu
-
Dünən, 17:51
İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT
-
Dünən, 17:49
"Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...
-
Dünən, 17:48
Vüqar Hacıyev “Araz Supermarket”dəki vəzifəsini tərk etdi - FOTO
-
Dünən, 13:26
110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT
-
Dünən, 12:42
Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev İcra başçısının müavininə "dizertir" və narkobiznes ittihamı
-
Dünən, 10:07
Anar Qədiməliyevin FƏALİYYƏTİ ARAŞDIRILIR... - Belə deyirlər...
-
Dünən, 10:06
Azərbaycanda “xarici agent”lər mövcuddur - Deputatdan ŞOK AÇIQLAMA
-
Dünən, 10:02
İranda hicaba riayət azalır, hakimiyyətin repressiyaları artır
-
Dünən, 10:01
"Torpaqlarımızı işğal altında saxlayanlar bizi "hüquq" çərçivəsində günahlandırırlar" - "Oğru" elə bağırdı ki...
-
Dünən, 09:58
Bələdiyyələr birləşdiriləcək
-
Dünən, 09:55
Varlı azərbaycanlılar Gürcüstan kazinolarında... - Azərbaycanda bu biznesə icazə verilsə...
-
Dünən, 09:54
ŞƏHİDLƏR O ZAMAN ÖLÜR Kİ, ONLAR UNUDULURLAR və ya Zəngilan və Abşeron rayon İcra başçıları şəhidi anmağa vaxt tapmayıblar?
{sape_links}{sape_article}