"Rus dilinin bizim üçün ciddi önəmi var" - Qulu Məhərrəmli
Azərbaycanda rus dilində tədrislə bağlı narahatlıqlar tez-tez gündəmə gəlir. Özəlliklə, ibtidai siniflərdə rus dilinə maraqla bağlı ziddiyyətli fikirlər var. Mövzu tez-tez müzakirə olunduğundan belə bir yanaşma formalaşıb ki, sanki bu hal kütləvi xarakter daşıyır. Lakin ekspertlər bu qənaətdə deyil.
Təhsil Nazirliyinin rəsmi məlumatında bildirilir ki, Azərbaycanda 300-dən çox ümumtəhsil məktəbində rus bölməsində təhsil alan şagirdlərin sayı 156 mindən çoxdur. Təhsil naziri Emin Əmrullayev bu yaxınlarda azərbaycandilli məktəblərdə ibtidai siniflərdə rus dilinin tədrisi ilə bağlı sualı cavablandırarkən bildirmişdi ki, şagirdlər nə qədər xarici dil bilsə, yaxşıdır: “Azərbaycanda ümumitəhsil müəssisələrində əsas xarici dil və ikinci xarici dil tədris olunur. Üç xarici dil tədris etmək həm maddi, həm pedaqoji baxımdan suallar yaradır.Fikrimcə, uşaqlarımız öz dilimizi unutmamaqla daha çox dil öyrənməlidirlər. Aşağı yaşlarda nə qədər çox dil öyrənərlərsə, bir o qədər asan və tez olar”.
Rus dili millətlərarası ünsiyyət dilidir, eyni zamanda mədəniyyət daşıyıcısıdır. Dia.az-ın məlumatına görə, əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli “Yeni Müsavat”a bildirdi ki, rus dilinə maraq təbii prosesdir: “Ukrayna-Rusiya müharibəsi kontekstində və xüsusilə Kremlin orada yaşayan rusları ön plana çəkməsi, guya onlara qarşı diskriminasiyanın aparılması motivinin müharibə üçün əsas olmasını nəzərə alaraq, istər-istəməz ölkədə rus dilinə marağın artmasına cəmiyyət narahatlıqla yanaşır. Hesab edirəm ki, bu, keçici haldır və müəyyən taktiki məqsəd güdür. Ölkədə dil azadlığı var, insanlar istədiyi dildə təhsil ala bilir. Müzakirə predmeti sosial-mənəvi məsələlər sferasına aiddir. Dövlət dili haqqında qanun, Azərbaycan dilinin statusunun möhkəmlənməsi ilə bağlı atılan addımlar var. Real faktları danmaq olmaz”.
Qulu Məhərrəmli hesab edir ki, rus dilinə imperiya dili kimi baxılması təhlükəlidir: “Zənnimcə, mövcud narahatlıqlar bu məqamla bağlıdır. Heç bir halda bu fikrin genişlənməsinə yol vermək olmaz, çünki rusdilli məktəblərin sayının artması, insanların milli mədəniyyətdən uzaqlaşdırılması kontekstində atılan addımlar əlbəttə ki, təhlükə yaradır. Çərçivədən kənar atılan istənilən addım strateji təhlükə yaradır. Azərbaycan dilində təhsil karyera üçün imkan yaratmır, ingilis, yaxud rus dilində təhsil isə əksinə, geniş imkanlar yaradır. Xarici şirkətlərdə iş tapmaq, xaricdə təhsili nəzərə alsaq, ingilis dilinə diqqət etmək olar. Rus dilinə karyera dili kimi baxılmasını isə doğru hesab etmirəm. Təbii ki, rus dilini tamamilə kənarda saxlamaq da olmaz. Bu dilin bizim üçün ciddi önəmi var. Ən azı 50 il bu dilin yaratdığı mədəniyyət sferasında olacağıq: fikir mübadiləsi, qonşuluq, bunlar ciddi faktorlardır. Təhlükənin qarşısını almaq üçün dilin statusu möhkəmləndirilməlidir, dil daşıyıcıları dilə sevgi ilə yanaşmalıdırlar”.
Professor hesab edir ki, strateji planda ciddi təhdid yoxdur. Məsələyə bir qədər praqmatik yanaşmaq lazımdır.
Millət vəkili Ceyhun Məmmədov mövzunu “Yeni Müsavat”a şərh edərkən bildirdi ki, bu, həm də siyasi məsələdir: “Nəzərə almaq lazımdır ki, Rusiya ilə münasibətlər kontekstində daha diqqətli olmaqda fayda var. Üstəlik, bəzən spekulyasiyaya yol verilir, bəzi yanaşmalarda fərqli mövqelər müşahidə edirəm. Bu məktəblər sovet dövründə olub, bir qismi fəaliyyət göstərir, bir qismində isə tədris azalıb. Rusdilli məktəblərin bağlanması ilə bağlı təkliflər kökündən yanlışdır. Rus dilinin tədrisi ilə bağlı kütləvilik yoxdur. Övladlarının hansı bölmədə təhsil alması valideynlərin fərdi baxışından asılıdır. Cəmiyyət olaraq üzərimizə düşən vəzifə dövlət dili olan azərbaycan dilini qorumaq, daha geniş təbliğ etməkdir. Məktəblərdə azərbaycan dili ilə yanaşı, ingilis dili də tədris olunur. Bəzən ingilisdilli məktəblərin pulsuz olması ilə bağlı fikirlər səslənir, lakin orta və ali məktəblərdə bu dil tədris edilir. İngilis dilini öyrənmək lazımdır, amma rus dili ilə paralellik aparmaq siyasi baxımdan düzgün deyil”.
Tarix: 19-05-2022, 09:26
-
Bu gün, 08:04
Moldova üçün “Kreml layihəsi” işə düşdü - Qaçaq oliqarx çevriliş hazırlayır
-
Bu gün, 07:39
Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb
-
Bu gün, 07:36
"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ
-
Bu gün, 07:35
Qəfil Moskva görüşü və Putin-Əliyev anlaşması - Hamı Azərbaycanın nə verəcəyini gözləyirdi, amma...
-
Bu gün, 06:49
Dizləri bükülən Zaqatalanın Mübariz Əhmədzadə adlı QOCAMAN PROBLEMİ - NƏ ZAMANA QƏDƏR?
-
Dünən, 22:49
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Dünən, 22:47
“DAXİLDƏ İKİ ƏSAS PROBLEMİMİZ VAR...” – “Konstitusiyada dəyişikliklərə gedilməlidir, artıq dövr bu islahatları tələb edir”
-
Dünən, 22:46
Xərəkdə qəbul edib ayaqda yola salan fizioterapiya şöbəsi- Bərdə səhiyyəsinə sağ ol deməkdən başqa...
-
Dünən, 22:46
Əmlak şirkəti “Veysəloğlu” barədə məhkəmə iddiası qaldırıb - TƏFƏRRÜAT
-
Dünən, 22:46
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Dünən, 22:46
"Veysəloğlu-yaycılı qardaşlar"a yenə cərimə yazıldı
-
Dünən, 22:42
İmişlidə İcra başçısı qəbula gələn kənd sakinlərini “dama soxdurub” - RƏZALƏT
-
Dünən, 22:41
Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib?.. - İLGİNC İDDİALAR...
-
Dünən, 22:40
Məmura məxsus avtobuslarda bərbad vəziyyət: interval uzun, qapılar açıq, sürücülər telefonla danışır... - VİDEO
-
Dünən, 22:37
İcra başçısı şəhid ailəsinə pislik etdi
-
Dünən, 22:35
Cəbrayılda 14.5 milyon manata qeyri-yaşayış obyektləri tikiləcək
-
Dünən, 22:34
Ümid edək ki, ABŞ, Avropa İttifaqı, Fransa və İran kimi dövlətlər də... - ŞƏRH
-
Dünən, 22:32
Siyavuş Novruzov Əli Kərimlini debata çağırdı: Gəlsin, ona başa salaq... - VİDEO
-
Dünən, 22:09
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Dünən, 22:07
NATO Polşada nüvə qüvvələri yerləşdirir? – Stoltenberq açıqladı
-
Dünən, 22:02
ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi
-
Dünən, 18:28
Narkotik artıq məktəblərə yol tapıb — Siyavuş Novruzov
-
Dünən, 18:22
Rusiya Xarkov sakinlərini qaçmağa məcbur etməyə çalışır - HESABAT
-
Dünən, 18:17
3 ay ərzində Azərbaycana quru yolla 159 min insan daxil olub - YƏNİ GEDİŞ-GƏLİŞ VAR...
-
Dünən, 18:16
Tramp Ukraynanı "Rusiyanın bir hissəsi" adlandırdı - "The Wall Street"
-
Dünən, 18:12
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi
-
Dünən, 18:11
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
Dünən, 18:07
20 ildir buralara 20 santimetr də olsun asfalt tökülməyib... - Saleh müəllimin NƏZƏRİNƏ...
-
Dünən, 18:05
Bərdədə 45 yaşlı kişi 23 yaşlı qızı qaçırdı - TƏFƏRRÜAT
-
Dünən, 18:03
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edib - FOTO
{sape_links}{sape_article}