Aslan İsmayılov: “Ziya Məmmədov həbs edilməlidir”


“Bakı-Quba yolunun tikintisi zamanı səhlənkarlığa, mənimsəmələrə yol verənlərin hər biri həbs olunmalıdır. O, yolun çəkilməsinə milyonlarla pul ayrılmışdı, amma bərbad vəziyyətə düşdü...”
 
Bunu Pravda.az-a tanınmış vəkil Aslan İsmayılov deyib.
 
“Sabiq Nəqliyyat naziri Ziya Məmmədov milyardları mənimsəyərək ölkəni bərbad vəziyyətə qoyub. Hətta bu yaxınlarda oxudum ki, nəvəsi üçün xüsusi maşın sifariş etdirib. Yəni mənimsədikləri pulu bu şəkildə sanki xalqın gözünə soxurlar. Mən bunu dəfələrlə qeyd etmişəm. Yalnız Ziya Məmmədov deyil, vaxtilə müəyyən vəzifələri icra edən digər vəzifəli şəxslər də dövlət büdcəsindən mənimsəməyə görə həbs edilmədirlər. Elə indinin özündə də belə şəxslər var. Ümumiyyətlə, Ziya Məmmədov və onun kimilərinin həbs olunmaması qanunsuzluq və eybəcərlikdir” – A.İsmayılov qeyd edib.
Tarix: 19-05-2022, 18:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}