“Misli” və “Poz, qazan” qumarı bəlaya çevrilir - Daha bir deputatdan REAKSİYA


“Lotereyaların kütləvi şəkildə yayılmasını qadağan etmək mümkün deyil”.
 
Bunu TİA.Az-a deputat Aqil Abbas son günlər “Poz, qazan” və “Misli” mərc oyunları ilə bağlı cəmiyyətdən gələn etirazlar, tanınmışların narazılıqlarını dilə gətirməsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, qadağaların tətbiqi mümkün deyil: “Dünyanın hər yerində lotereya satanlar da alanlar da var. Məsələ ilə bağlı yalnız maarifləndirmə tədbirləri görülə bilər. Yəni insanlar bilməlidirlər ki, bunun xeyri, zərəri nədir. Əgər satan adamın lisenziyası varsa, ona demək olmaz ki, insanların kütləvi toplaşdığı yerlərdə bilet satma. Bilet qəzet deyil ki, alınmaya”.
 
Bununla belə, deputat lotereyaların satışının çoxalmasına qarşı olduğunu bildirib:
 
“Azərlotoreya”nın fəaliyyəti leqaldır. Amma hər bir işin həddi-hüdudu və qaydaları var axı. Leqaldır deyə hərə bir “taxta oturacaq düzəldərək insanları qumara sövqmü etməlidir? Metroların giriş və çıxışlarında, insanlar çox olan yerlərdə “Azərlotoreya”nın əməkdaşları hərəsi bir stol qoyaraq satışmı etməlidir?”
Tarix: 23-05-2022, 16:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}