Qazilərin intiharı SOS siqnalıdır! – “Psixoloji seansdan keçməlidir”




Daha bir qazi intihar edib. Biləsuvarda özünə qəsd edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub. Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində bu addımı atıb. Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb. Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.

Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir. Dia.az xəbər verir ki, 44 günlük Vətən müharibəsindən sonra qazi və müharibə iştiarkçıları arasında belə hallara mütamadi olaraq rast gəlinir. Psixoloq Vəfa Əkbər “Sherg.az”a açıqlaması zamanı bu hadisələrə toxunub. O, bildirib ki, istənilən halda ailələrdə münaqişələr və mübahisələr sonda yaxşı hala gətirib çıxamır, tükənmişlik sindromu yaradır:

“Amma bunu adi vətəndaş etsəydi, bu sadəcə bir intihar hadisəsi kimi bilinəcəkdi. Lakin qazilər bizim həssas nöqtəmiz olduğu üçün bu bizim üçün SOS siqnalıdır.

Qazilərin müharibədən sonra psixoloji yardım almaları mütləq idi. Çünki nə qədər də olmasa, yaşadıqları, gördükləri, hiss etdikləri , enerji və basdırılmış duyğuları necəsə çıxmalıdr. Onlar çıxmayanda katarsis yaranır. Yəni, yığılmış həmin enerji başqa bir yerdə partlayır.

Artıq onlar nəyisə dəyişməyə çalışdıqda, özlərini ifadə edə bilmədiklərində, qıya bildikləri yeganə can özləri olur. Təbii ki, onlar bizim üçün əvəzsiz və çox dəyərli insandırlar. Mütləq şəkildə psixoloji yardım almalıdırlar. Artıq bu bir təkan olmalıdır, belə hallarla rastlaşmamaq üçün onların hər biri bir kurs psixoloji seansdan keçməlidir”.

V.Əkbər hesab edir ki, ailələrdə intiharların səbəbləri, demək olar ki, eyni olur:

“Tükənmişlik sindromu, anlaşılmazlıq, dinlənməmək və həddən artıq özünü istismar etmə əsas səbələrdəndir. Bir müddətdən sonra həmin şəxslərdə ruhsal hissiyyatsızlıq yaranır. O adam heçnə hiss etmir, ona xoş olan, zövq aldığı şeyləri duymur. Xroniki və dərin depresiyaya düşürlər”.
Tarix: 23-05-2022, 17:15
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}