Fəzail Ağamalıya yardım üçün fond yaradılır — Tanınmış şairdən TƏKLİF





Milli Məclisin deputatı Fəzail Ağamalıya yardım üçün fond yaradılması təşəbbüsü irəli sürülüb.

Demokrat.az xəbər verir ki, bununla bağlı təşəbbüslə Azərbaycan Yazıçılar Birliyinin tanınmış üzvü Namiq Hacıheydərli çıxış edib.
Namiq Hacıheydərli qeyd edib:

“Fəzail Ağamalıya yardım fondu yaratmaq istəyirəm. Bütün əmək haqqını xalqa verdiyi üçün 2 ildi meyvə yeyə bilmir. O qədər halal adamdı ki, halallıq sertifikatı olmayan kolbasaya gözünün ucu ilə belə baxmır. Hətta deputatlığa namizədliyini seçicilərin israrlı xahişindən sonra verib. 

Sadəcə çox kiçik bir qaranlıq var ki, seçicilər bu adamı tanımır...”.

Tarix: 23-06-2022, 14:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}