1 milyondan çox istifadəçi “Nar”+dan yararlanır!


İstifadəçi rahatlığını təmin edən “Nar+” tətbiqinin yüklənmə sayı 1 milyonu ötüb. Hər gün on 
minlərlə abunəçinin sorğularına qısa zamanda cavab tapdığı, hesab üzərində lazım olan 
əməliyyatları saniyələr içində həll etdiyi tətbiq artıq 3 ildir ki, müştəri təcrübəsinin daha da 
yaxşılaşdırılmasına xidmət edir.  

SİAM.AZ xəbər verir ki, “Nar+” tətbiqi bir çox funksiyalarından əlavə, abunəçilər üçün rabitə xidmətlərinin şəffaflığını da 
təmin edir. Hər bir “Nar+” istifadəçisi müxtəlif abunə əməliyyatlarını rahatlıqla həyata keçirir və 
balansına tam nəzarət edir. Abunəçilər müxtəlif sorğuları ilə bağlı onlayn çat xidmətinə də 
müraciət edib suallarını ünvanlaya bilirlər. Tətbiqdən ən çox istifadə edənlər paytaxt Bakı ilə 
yanaşı Sumqayıt, Gəncə və Quba sakinləridir.
Müştəriyönümlü yanaşması ilə seçilən mobil operator “Nar+” tətbiqinin 1 milyon yüklənməsi 
münasibətlə yay kampaniyasının simalarından olan Cəfər Nəcəfovun Instagram səhifəsində 
sosial media istifadəçiləri üçün müsabiqə elan edir. Belə ki, müsabiqə paylaşımının şərh 
bölməsində tətbiqdə ən çox köməyinizə çatan funksiyanı qeyd etməklə dəyərli hədiyyələrdən 
birini qazana bilərsiniz. 

“Nar” haqqında:
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator 
müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim 
edir.
Tarix: 12-08-2022, 15:11
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}