“Nar” YayFest “Könüllülük” düşərgəsində iştirak etdi



“Nar” Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılğı ilə Şamaxıda baş tutan və 250-yə yaxın 
Azərbaycan Könüllüsünün iştirak etdiyi “Yay Fest 2022” düşərgəsinə qatılıb. Artıq üçüncü dəfədir 
həyata keçirilən festivalın məqsədi dövlət gənclər siyasətinə uyğun olaraq gənclər üçün müxtəlif 
sahələrdə yaradılan geniş imkanların təşviqi, ölkəmizin müxtəlif bölgələrində yaşayan gənclərin 
sosiallaşması, onların müasir peşə və trendlər barədə məlumatlandırılmasından ibarətdir.


SİAM.AZ xəbər verir ki, “Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov “Özəl sektorlarda könüllülük 
fəaliyyətinin dəstəklənməsi” mövzusunda panel görüşdə iştirak edib. Düşərgənin 4-cü günündə baş 
tutan interaktiv görüş çərçivəsində "Nar"ın AKTİ ilə əməkdaşlığına əsasən könüllülər üçün yaradılmış 
fürsətlər barədə ətraflı məlumat verilib, iştirakçıların təklif və sualları dinlənilib. 

Qeyd edək ki, gənclərin təhsil və kariyera inkişafını hər zaman dəstəkləyən “Nar” bir müddətdir ki,  
AKTİ ilə memorandum imzalayıb. Memoranduma əsasən, Azərbaycan könüllüləri arasında effektiv 
koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif 
əsasında könüllülər arasında mobil zənglər pulsuzdur. 

“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. 
“Nar” son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil 
operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün 
xidmət təqdim edir.
Tarix: 12-08-2022, 23:45
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}