Tənhayam, heç kəsim yoxdur, acından ölmək üzrəyəm-UCAR SAKİNİ


 Ucar rayonu Müsüslü kənd sakini Cəfərova Bənövşə Əliyusif qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də Siam.az-a daxil olan müraciətdə deyilir:

"Mənim heç kəsim yoxdur valideyinlərim vəfat edib ağır xəstəliyə görə ailə həyatı qurmamışam.Ağır xəstəliyə görə işləyə bilmirəm əmək qabiliyyətimi itirmişəm.Buna görə mənə əlillik dərəcəsi təyin edilmişdir təqaüd alıb onunla bir təhər dolanırdım. Vətən müharibəsindən sonra verilən tapşırıq əsasında minlərlə xəstə kimi mənimdə əliliyim dayandırldı və mənə əlillik dərəcəsi təyin olunmasından qanunsuz imtina edildi.Hər dəfə gətirilən əsaslarda qeyd edilən müayinələri və müalicələri etdirib xəstəlik sənədlərim Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilsədə mənə əlillik dərəcəsi təyin edilməsindən bir neçə dəfə qanunsuz imtina edilmişdir.

Bir dəfə Səbəb kimi əlavə müalicəyə ehtiyacın olması. Ətraflı: ixtisaslaşmış müalicə davam etdirilsin, fəsadlar dəqiqləşdirilsin qeyd edildi.Bundan sonra emerte müayinəsindən keçib sənədləri təkrar göndərdik.Bu dəfə isə qeyd edildi ki, Cəfərova Bənövşə Əlyusif qızının göndərişinə 15.09.2022-ci il tarixində EEQ müayinəsi dolğun qeyd olunmadığı üçün imtina qərarı verilmişdir.
Bu açıq-aşkar özbaşınalıqdır ki, mənə qarşı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi edir.
Çünki mən 6 ay ərzində 3 dəfə emerte müayinəsindən keçmişəm.Həttda həkim mənə bildirdi ki, bu şüalı müayinədən tez-tez keçmək sənin səhhətini dahada ağırlaşdırır.Həttda hər dəfə emerte müayinəsindən keçdikdən sonra bir neçə gün başımda şiddətli ağrılar baş verirdi.

Mənim xəstəliyim hipertenziv ensefalopatiya, hipertonik ensefalopatiya, sol tərəfli hemiparez ilə. Sol tərəfli hemiparez Ağırlaşma G40.0 Fokal başlanığıclı qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, Simptomatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə Yanaşı xәstәliklәr digər cərrahi əməliyyatlar, uşaqlığın fibromioması, "Panghisteroektomiya" cərrahi əməliyyatından sonrakı vəziyyət. Oma-qalça oynağının və oma-büzdüm birləşməsinin çıxığı, Büzdüm sümüyünün sınığı və çıxığı, fəqərə cisminin hemangioması .Essensial hipertenziya, arterial hipertenziya.

Mən ağır xəstəliyə görə işləyə bilmirəm buna görə çox əziyyət çəkirəm.Ailə həyatı qurmamaışam tənhayam heç kəsim yoxdur.Acından ölmək üzrəyəm.Mənə qarşı edilən bu qanunsuzıuğa görə vəzifəli şəxslər Allah qarşısında cavab verəcəklər. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova bir neçə dəfə ərizə ilə müraciətlər etmişəm, ancaq heç bir tədbir görməyiblər.
Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Anar Bayramova müraciət ünvanlayıb xahiş edirəm məni qəbul edin ən savadlı həkimin müasir tibb aparatlarının müayinəsindən keçirib yoxlayın və görün şahid olun ki, mən ağır xəstəliyə görə əmək qabiliyyətimi itirmişəm işləyə bilmirəm.Xahiş edirəm şikayətimi obyektiv araşdırıb mənə əlillik dərəcəsi təyin edilməsinə köməklik göstərəsiniz".

Məsələ ilə bağlı Siam.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 23-09-2022, 08:39
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}