Mürsəl Əliyev yenə də hədəfdədir?.. - İLGİNC İDDİALAR...


Haqqında bəhs edəcəyimiz Mürsəl Əliyev uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində yüksək vəzifələrdə işləyib. Daha doğrusu, onun vəzifə karyerası sabiq nazir Hüseynqulu Bağırovun dövründə olub.
Belə ki, Mürsəl Əliyev sabiq nazirin etimadından sui-istifadə edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyində Mineral Xammal Analitik Elmi Tədqiqatlar Mərkəzinin rəhbəri, Mineral Xammal Elmi Tədqiqat İnstitutunun direktoru və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru vəzifələrində çalışıb.
Mürsəl Əliyevin daş, qum-çınqıl karaxanası sahiblərinin başına açdığı oyunlar, onlara tətbiq edilən saxta cərimələr, sonda Bakı şəhərinin ekologiya sisteminə vurduğu ziyan, baş verən korrupsiya halları sabiq nazir Hüseynqulu Bağırovu məcbur elədi ki...
Mürsəl Əliyevi və daha bir neçə nəfəri Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentindən uzaqlaşdırılsın. Təsəvvür edin ki, topladığı sərvətin çoxluğundan aşıb-daşan Mürsəl Əliyev hətta sabiq nazir Hüseynqulu Bağırovu saymırdı.
Beləliklə, 2013-cü ildə sabiq ekologiya naziri Hüseynqulu Bağırov Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin direktoru Mürsəl Əliyevi vəzifəsindən azad elədi. Keçən müddət ərzində Mürsəl Əliyev daş, qum-çınqıl karxanalarından yığdığı pulların hesabına ELM ALƏMİNƏ qərq oldu. Rüşvətdən başı açılmayan Mürsəl Əliyev indi də alim-elmlər doktoru olmaq üçün hər yola qədəm qoydu.
Və nəhayət elmi titula sahib oldu. Çoxbilmiş olan Mürsəl Əliyev bilirdi ki, onun bu elmi titulları nə zamansa onun köməyinə gələcək.
Bəli, Hüseynqulu Bağırov nazir vəzifəsindən gedəndən və Muxtar Babayev nazir olandan sonra Mürsəl Əliyev elmi titullarını əldə əsas edərək yeni nazirin etimadını qazana bildi. Və bir neçə aydan sonra, 2019-cu ildə nazir Muxtar Babayevin sərəncamı ilə Mürsəl Əliyev nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi vəzifəsinə təyin edildi.
Bəli Mürsəl Babayev bu mühüm vəzifəyə təyin olunan kimi ölkədə bütün mədən sahəsində çalışan şirkətləri “aylığa” otuzdurdu, külli miqdarda cərimələrlə şirkətləri çökdürdü.
Təsəvvür edirsiniz 1 il olmamış, 2020-ci ildə cənab nazir Muxtar Babayev də sələfi Hüseynqulu Bağırov kimi Mürsəl Əliyevi ekologiya sistemindən qovdu. Vəzifəyə, rüşvətə, korrupsiyaya vərdiş eləmiş Mürsəl Əliyev dinc dura bilməzdi.
Nəhayət Mürsəl Əliyev bu dəfə yolunu Mədət Quliyevin rəhbərlik etdiyi Müdafiə Sənayesi Nazirliyindən saldı.
Belə ki, onun dayısı oğlu Natiq Cavadov Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin baş direktorudur. Bəli, Mürsəl Əliyev elmi dərəcəsini, elmi titullarını da qoltuğuna vuraraq Milli Aerokosmik Agentliyinə, dayısı oğlu Natiq Cavadovun qəbuluna getdi.
Məlumat üçün onu da qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Azərbaycan Milli Aerokosmik Agentliyi Azərbaycanın kosmik tədqiqat proqramlarını idarə edən dövlət qurumudur. Agentlik 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının “Kaspiy” Elmi Mərkəzi kimi fəaliyyət göstərib. 1981-ci ildə "Kaspiy" Elmi Mərkəzinin bazasında Kosmik Kəşfiyyat Elmi İstehsalat Birliyi yaradılıb. Azərbaycan Milli Aerokosmik Agentliyi 1992-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının "Kaspiy" Elmi Tədqiqat mərkəzinin yerinə təsis edilmişdir. 2006-cı ildən Müdafiə Sənayesi Nazirliyinin tabeçiliyindədir. 2019-cu ildən etibarən Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktoru Natiq Cavadovdur.
Bəli, beləcə Mürsəl Əliyev dayısı oğlu Natiq Cavadovun dəstəyi ilə Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitututuna direktor təyin olundu. Məlumdur ki, Natiq Cavadovun və dayısı oğlu Mürsəl Əliyevn rəhbərlik etdiyi qurumlar dövlət büdcəsindən maliyyələşir. Beləcə
dayıoğlu-bibioğlu əl-ələ verərək dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməklə məşğuldurlar. Gördükləri iş isə sıfırdan da aşağıdır.
Onu da qeyd edək ki, Mürsəl Əliyev sonuncu dəfə Müdafiə Sənayesi naziri Mədət Quliyevin yanında silah yarmarkasından hazırlanan verilişdə televiziyada görünüb.
Deyəsən, işsizliyə öyrənən Mürsəl Əliyevi bu dəfə də Mədət Quliyev, sən düzələn deyilsən deyərək, işsiz qoyacaq. 
//gundelik-baku.com//
Tarix: 23-09-2022, 21:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}