Qarabağ qazisinə işgəncə verən rəis müavini Polis Akademiyasına müəllim göndərilib

Qarabağ qazisinə işgəncə verən rəis müavini Polis Akademiyasına müəllim göndərilib

24-cü Polis Şöbəsinin keçmiş müavini Natiq Hüseynov kursantlara əlillərə işgəncə verməsindən dərs keçir?
66 yaşlı 1-ci dərəcəli Qarabağ qazisini 2022-ci ilin 3 sentyabrında 10 nəfərdən çox polis həmkarının zoru ilə 24-cü Polis Şöbəsinə aparıb işgəncə verən rəis müavini Natiq Hüseynov anında  görəvindən alınaraq Polis Akademiyasına müəllim göndərilib.
Yəqin kursantlara qandalladığı  qocalara, xəstələrə, əlillərə, qadınlara işgəncə vermək üsullarını öyrədir. Bu üsullar içində xəstəni dərmandan, tibbi yardımdan məhrum etməkdən tutmuş, əlillərin qol-qabırğalarının işgəncə kamerasında sındırılmasına kimi metodlar üstünlük təşkil edir. Özü də qollarını arxadan qandallayıb polis çəkmələri ilə qabırğaları qırmaq geniş yayılıb. Bu metodun üstünlüyü ağ ciyərdə hematoma əmələ gətirməkdən əlavə  , qara ciyəri də zədələməsində, hətta partlatmasında, qapalı kəllə - beyin travmasına nədən olmasında özünü göstərir. İndi veteran zabit qazi- əlilin qollarını arxadan qandallayıb işgəncə vermək “kişiliyi” Polis Akademiyasının kursantlarına tədris olunur. İşi - peşəsi Qarabağ qazisini güdmək olan , cinayət “icad etməklə” , sakinləri 1-ci dərəcəli Qarabağ qazisinə qarşı qanunsuzluğa təhrik edən sahə müvəkkili Elçin İslamovun, Ceyhun adlı icra məmurunun  (tel. 0507704020) sifarişi ilə tələbkar 1-ci dərəcəli Qarabağ qazisinə olmayan cinayət işi qondaran müstəntiq Qalib Kərimlinin “protokol qaydasında” axtarış özbaşınalığı da dərs çıxarmaq üçün yetərlidir . Amma hələ də axtarış nəticəsində oğurlanmış,  dərs vəsaiti kimi istifadə olunan kompüterin qaytarılması təmin edilməyib. Nə 102-yə zənglər, nə Ombudsmana, prokurorluq orqanlarına şikayətlər dərs vəsaitinin yiyələrinə qaytarılması ilə sonuclanmır. Yəqin keçmiş rəis müavini Natiq Hüseynov Polis Akademiyasında  “işgəncə dərsini” işgəncə sonucunda əldə etdiyi kompüterlə keçir...
Məğrur BƏDƏLSOY
Tarix: 23-11-2022, 21:54




Xəbər lenti

{sape_links}{sape_article}