Tərtərdə şəhid Mehdiyev Yasənin qardaşının toy mərasimi keçirilib


Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Mehtiyev Yasənin qardaşı Murad 
Mehtiyevin toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon 
İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının 
rəhbərləri, YAP rayon təşkilatının sədri, Vətən müharibəsi qaziləri, veteranları iştirak 
ediblər.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy mərasimində çıxış 
edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb. 
Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham 
Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Yasən kimi oğlulların 
sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki, şəhidlərimizin 
keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir. 
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib, vətənpərvər 
oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban 
xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların 
problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət 
qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini 
bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid ailələrinə, qazilərə və 
veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğunu 
qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş 
arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, şəhid Mehtiyev Yasən Azərbaycan Respublikasının Prezidenti cənab 
İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin 
azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif 
olunub.

Tarix: 28-01-2023, 17:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}