SAKİNLƏRİN VİLAYƏT EYVAZOVA MÜRACİƏTİ DƏRHAL ARAŞDIRILDI, TƏDBİR GÖRÜLDÜ





Ötən həftə "Sahil S İnşaat" MTK sakinləri Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək onlara hücum çəkən şirkətin keçmiş təsisçiləri barəsində tədbir görülməsini xahiş etmişdilər. Sakinlər nazirə müraciətdə qeyd etmişdilər ki, sözügedən tikinti firmasının sahibi Taley Alaverdiyev dələduzluğa görə həbs olunsa da, binanın yarımçıq qalan işlərini həyata keçirdikləri bir vaxtda MTK-nın sabiq təsisçiləri onlara hücum çəkmiş, hədə-qorxu gəlmiş, silahla vurmaqla təhdid etmişdilər. Vətəndaşların nazirə müraciətindən dərhal sonra şikayətçi olanlar Bakı şəhər Baş Polis İdarəsinə dəvət olunub, onların problemi dinlənilib, ifadələri alınıb, ardınca sakinləri təhdid edən şəxslər barəsində tədbir görülüb. Nazirə müraciətə operativ şəkildə reaksiya verən DİN və BŞBPİ dərhal məsələni nəzarətə götürüblər, vətəndaşlara hücum edənlər barəsində ölçü götürülüb. Bu diqqətə və çevik reaksiyaya görə cənab Vilayət Eyvazova və Daxili İşlər Nazirliyinə minnətdarlıq edən sakinlər razılıq bildiriblər: "Biz inanırdıq ki, nazirlik müraciətimizə müsbət yanaşacaq, şikayətimiz araşdırılacaq. Bizim cənab nazirə müraciətimiz əsasında tez bir zamanda təhqiqat aparıldı, bizi Bakı şəhər Baş Polis İdarəsinə dəvət etdilər, binanın həyətinə gələrək bizi ölümlə təhdid edənlər barəsində lazımı tədbir görüldü. Buna görə cənab Vilayət Eyvazova və nazirliyə təşəkkür edirik. Daxili İşlər Nazirliyi, polis orqanları həqiqətən də heç bir vətəndaşın müraciətini cavabsız qoymur, hər kəsə bərabər yanaşılır, ən kiçik şikayət belə araşdırılır. Ona görə də cənab nazirə müraciətimiz qısa bir vaxtda nəzarətə götürüldü. Bu, vətəndaşlara olan diqqətin nəticəsidir, heç bir müraciətə laqeydlik göstərilmir. Həmin şəxslər bizi təhdid etmişdilər, üstümüzə hücum çəkib təxribata əl atmışdılar, nəticədə qanun qarşısında cavab verməli oldular. Biz həmişə polisimizə, asayiş keşikçilərimizə, dövlətimizə güvənirik".

Azər Talıbov

Anaxeber.info
Tarix: 3-02-2023, 09:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}