Sumqayıt sakini obyektinin əlindən alınacağından narahatdır


“Çox yerə şikayət etmişəm, çağırırlar, maraqlanırlar, amma nəticəsi yoxdur”
Sumqayıt sakini İlham Akif oğlu Cəfərov uzun illərdən bəri işlətdiyi obyektini itirmək təhlükəsindədir.
Səkkiz nəfərlik ailənin gəlir yeri 18 kvadratmetrlik obyektdir. Onu da əlimizdən almaq istəyirlər. Oradan çıxsaq, acından öləcəyik”.
 İlham Cəfərov  Meydan TV-yə şikayətlə müraciət edib:
1997-ci ildən 8-ci mikrorayon, Bakı küçəsindəki avto-dayanacaqda 18 kvadratmetrlik sahəsi olan obyektdə Sənaye İnvest Bankına (İndiki Azərbaycan Sənaye Bankı) aid valyutadəyişmə məntəqəsini işlədirdim. 2001-ci ildə Sumqayıtın keçmiş icra başçısı Təvəkkül Məmmədov sərəncam imzalayaraq, ərazini abadlaşdırmaq məqsədilə “Vicdan-1” firmasının rəhbəri, Sumqayıt maşın bazarının sahibi, Milli Dövlətçilik Partiyasının sədri Sabir Tarverdiyevə verdi. Sabir Tarıverdiyev də əvvəlcə mənə dedi ki, ərazi onundur. 2013-cü ildə razılığa gəldik və obyektə görə ona üç dəfəyə hissə-hissə 20 min dollar verdim”.
İlham Cəfərovun dediyinə görə, Sabir Tarıverdiyev Sumqayıt İcra Hakimiyyəti tərəfindən ərazi özəlləşdirəndə, həmin obyektə görə ona ayrıca çıxarış verəcəyini vəd edib.
2015-də Sabir Tarıverdiyev vəfat edib.
Şikayətçi söyləyir ki, hadisədən üç il sonra Sabir Tarıverdiyevin ailəsi İlham Cəfərovdan icarə haqqı tələb etməyə başlayıblar:
Səhvim onda olub ki, obyekti satın alanda qarşılığında Sabir Tarıverdiyevdən heç bir dəlil-sübut tələb etməmişəm. İndi ailəsi məndən obyektə görə icarə haqqı tələb edir. Deyirlər ki, ayda 100 manat verməlisən. Halbuki, bu obyektin aylıq icarəsi 500-600 manatdır. Onlar belə az məbləğ istəyirlər ki, pulu verim. Sonra bunu dəlil kimi mənə qarşı istifadə etsinlər. Məni məhkəməyə veriblər ki, obyektdən çıxım. Məhkəməyə əraziyə aid sənəd tədim etdilər. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təyin olunmuş komissiya araşdırdı və dedilər ki, təqdim olunan sənəd əraziyə uyğun deyil. Hələ ki, obyekt bizdədir, oğlum işlədir. Obyektdən çıxıb, nə iş görək, necə dolanaq, bilmirəm”.
İlham Cəfərov məsələ ilə əlaqədar Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Fövqəladə Hallar Nazirliyinə, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər etdiyini deyir:
Çox yerə şikayət etmişəm, çağırırlar, maraqlanırlar, amma nəticəsi yoxdur. Ümumiyyətlə, orada 2001-ci ildə tikilən bütün obyektlərin heç birinin sənədi yoxdur. Sərəncamda sadəcə, göstərilib ki, ərazi abadlaşdırılsın”.
“Vicdan-1” firması ilə, eləcə də Sabir Tarıverdiyevin ailəsi əlaqə saxlamaq mümkün olmayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsi bir neçə gün ərzində Meydan TV-nin zənglərinə cavab verməyib.
Tarix: 23-03-2023, 16:55
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}