Sərnişinlər narazıdır, amma AYNA-nın umrunda da deyil... - ETİRAZ VAR...


Dörd nömrəli müntəzəm şəhərdaxili marşrut xəttində mütəmadi gecikmələr sərnişinlərin etirazına səbəb olub.

Bu barədə Pravda.az-a daxil olan çoxsaylı şikayətlərdə bildirilib ki, problem xüsusən səhər pik saatlarda, insanların işə, dərsə tələsdiyi vaxtda baş verir.

Onların sözlərinə görə, 4 nömrəli avtobuslar 1 aydan çoxdur, müasir “BakuBus”larla əvəz edilib: "Avtobuslar yenilənməzdən öncə də həmişə eyni problemlər yaşanırdı. Hazırda sürücülər də dəyişib. Amma vəziyyət eynidir. 4 nömrəli marşrutun son dayanacağı "Montin" ərazisidir. Dayanacağa ard-arda avtobuslar gəlsə də, intervala əməl edilmir, avtobuslar gecikir. "Montin" ərazisində yalnız 4 nömrəli avtobus xəttində bu problem yaşanır. Sürücülər isə bildirirlər ki, şikayəti bizə deyil, rəhbərə edin, marşrut xəttində 10 avtobus olmalıdır, lakin 8 avtobus xəttə buraxılır”.

Sərnişinlər narazıdır, amma AYNA-nın umrunda da deyil...

Şikayət edənlər həmçinin bildiriblər ki, işə gecikmələr səbəbindən artıq neçə nəfər töhmət alıb. Sərnişinlər aidiyyəti qurumlara şikayətlərini ünvanladıqlarını, lakin problemin uzun müddətdir, həllini tapmadığını bildiriblər.

Məsələni araşdırmaq üçün Pravda.az fevral ayının 5-də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu ünvanlasa da, 1 aya yaxındır, hələ də qurum tərəfindən problemə aydınlıq gətirilməyib. Hazırda sözügedən marşrut xəttində eyni vəziyyət qalmaqdadır.
Tarix: 29-02-2024, 16:50
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}