Uşaqlar niyə bu qədər aqressivləşib? - “Günahkar həm də mətbuatdır”
Son zamanlar mətbuatda cinayət törədən gənclərlə bağlı xəbərlərə sıx rast gəlinir.
Xüsusən də yeniyetmələr arasında bu tendensiya yayılır. Sonuncu statistikaya əsasən, 2023-cü il Azərbaycanda cinayət törədən 14-17 yaşlı uşaqların sayı 2022-ci illə müqayisədə 14,1% artıb. Yeniyetmələrin bir-birini aşağılamağı, kəsici alətləri üzərlərində daşımağı, bir-birlərini öldürməyi, bıçaqlanma hadisələri artıq adi hala çevrilir.
Bu kimi arzuolunmaz halların səbəbləri ilə bağlı psixoloq Gülnar Orucova "Cebhe.info"-ya açıqlamasında bildirib ki, müasir dövrün yeniyetmələri əvvəlki illərin yeniyetmələrindən çox fərqlidir:
"İndiki yeniyetmələr çox aqressivdirlər. Aqressiya da elə bir duyğudur ki, kin və nifrətin əsasında formalaşır. İnsan nə qədər içində kin, nifrət bəsləyirsə, onun içindəki aqressiya bir o qədər böyüyür. Aqressiya bəzi insanlarda kobud sözlər işlətməklə, bəzilərində nəyisə vurub-sındırmaqla, bəzilərində isə cinayət törətməklə, yəni birinin canına qəsd etməklə özünü göstərir".
Psixoloq qeyd edib ki, burada medianın da rolu böyükdür:
"Media tez-tez bu hadisələri gündəmə gətirir, paylaşır. İnsanlar bu hadisələri çox görəndə beyin bunu normal olaraq qəbul etməyə başlayır, “filankəs belə bir şey edibsə, mən də edə bilərəm" fikri formalaşır. Amma heç bir halda bir insanın digər bir insanın canına qəsd etməsi, yaxud belə bir şeyin insanın fikrində olması belə doğru deyil. Sosial şəbəkələrə də hərə bir məqsədlə girir, yəni bu platformalarda hər cür insanı məcburi tanıyırsan. Əvvəllər bizi küçələrdən yığardılar ki, axşam vaxtıdır, küçədə pis insanlar olar. Amma indi o arxa küçələrdə olan hadisələrin hamısı uşaqlarımızın əlindəki telefondur. O qaranlıqdan qorxan uşaqlar evə yığışardı, valideynlərin diqqətində, nəzarətində olardı, amma indi uşaqlar küçələrdən yığışsalar belə, valideynlərin diqqətində olmurlar. Çünki onların əllərində telefon olur, uşaqlar üçün də sosial şəbəkə bir təhlükəyə çevrilir. Ona görə də indiki valideynlər uşaqlarına kifayər qədər diqqət, qayğı göstərmir, onları nəzarətdə saxlaya bilmir və övladlar da valideynlərinə etiraz edirlər. Bu etirazlara görə valideynlər öz uşaqlarının üstünə çox gedə bilmir, nəticədə də belə arzuolunmaz hadisələr baş verir. Bu kimi hadisələrə səbəb birinci olaraq valideynin uşağa nəzarət etməməsi, ikincisi, həddən artıq aqressiya, üçüncüsü, sosial şəbəkələr və mediadır".
Tarix: 28-03-2024, 19:19
-
Bu gün, 16:02
«Şərqi Zəngəzur»da tenderləri kimlər udur? – Bir şirkət 55 milyon manatlıq sifariş alıb
-
Bu gün, 15:47
“Hara istəyirsən ŞİKAYƏT ET, qorxumuz yoxdur” – Masallı Elektrik Şəbəkəsi sahibkarı TƏHDİD EDİR
-
Bu gün, 11:13
Yevlaxın YARITMAZ BAŞÇISI... - BU NƏDİ BELƏ?!
-
Bu gün, 10:04
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Bu gün, 10:00
Rusiya “üçtərəfli bəyanat” deyib durur, amma qatar sürtələ uzaqlaşır - Bir razılaşmanın izi ilə – adı var, özü yoxdur
-
Bu gün, 09:58
Dehlidən Moskvaya zərbə: ən böyük xarici silah bazarı müharibənin qurbanı oldu - NƏ BAŞ VERİR?
-
Bu gün, 08:25
Polşa Avropadakı tərəfdaşlarını Rusiya ilə sərhədlərdə raketdən müdafiə sistemləri yerləşdirməyə çağırıb
-
Bu gün, 08:01
Şəhərsalma və Arxitektura Komitəsinin “Az Graft Construction” sevgisi: milyonlar tenderlə yeyilir
-
Bu gün, 07:57
"Belə bir xəstəyə 3-cü qrup əlillik dərəcəsi verirlər..." - AXI NİYƏ?
-
Bu gün, 07:54
Quru sərhəd bağlıdırsa, narkotik ölkəyə necə keçir?-VİDEO
-
Dünən, 23:20
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
-
Dünən, 22:44
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Dünən, 22:30
“Ərazisində silahlı terrorçu varsa, Azərbaycan nə etməli idi?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 22:26
Regionda yeni reallıqlar - Pensiya maxinasiyası, ağ bilet süründüməçiliyi
-
Dünən, 22:19
Nərimanovda “Yaşıl dünya ili”nə qarşı cinayət – bələdiyyə sədri ağacları qətl etdi-FOTOLAR
-
Dünən, 22:16
Ukrayna Rusiyaya məxsus helikopteri Moskva aerodromunda məhv etdi
-
Dünən, 22:11
“Azercell” paylaşdığı elana görə “2” aldı – Foto
-
Dünən, 21:53
İcra hakimiyyətləri prezidentin xüsusi nümayəndəliyi ilə əvəz OLUNUR? - İLGİNC GƏLİŞMƏ...
-
Dünən, 21:37
“Araz” qiymətini 1,99 manata endirdiyi məhsulu 2,99 manata satır? - FOTO
-
Dünən, 17:34
Binəqədinin keçilməz yolları - VİDEO
-
Dünən, 17:19
Nazir olmaq istəyirdi, indi HƏDƏFƏ ÇEVRİLİB... - İDDİA
-
Dünən, 15:52
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Dünən, 12:31
“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO
-
Dünən, 12:19
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
-
Dünən, 12:18
Yeni Klinikada yoxlama: Saxlanılan var
-
Dünən, 12:17
Əliyevin tarixi gedişi: Berlinə aparılan “qovluq”da nələr var?
-
Dünən, 12:02
"LC Waikiki" və "Penti"yə qoyulan 3,8 milyonluq maya geri götürüldü - nə baş verir?
-
Dünən, 11:34
Məmur ciblərinə SU KİMİ AXAN büdcə pulları... - Nə bir soran var... nə də soruşduran...
-
Dünən, 09:54
Quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?
-
Dünən, 09:48
Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?
{sape_links}{sape_article}